Şrift:
Macarıstanda Nizami Gəncəvinin abidəsi ucaldılacaq
16.05.2023 [14:58] - Gündəm
Macarıstanda Nizami Gəncəvinin abidəsi ucaldılacaq.

Bunu Macarıstan Milli Assambleyanın sədr müavini Sandor Lezsak Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş xüsusi iclasda deyib.

O qeyd edib ki, Nizami Gəncəvi Azərbaycanın dahi şairidir. S. Lezsak Macarıstanla Azərbaycan arasında mədəni əlaqələrin inkişaf etdiyini diqqətə çatdırıb.
Qeyd edək ki, Milli Məclisin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş xüsusi iclası keçirilir. İclasda 228 xarici nümayəndə, o cümlədən 12 ölkənin parlamentinin sədri, 15 ölkə parlamentinin sədrinin müavini, 4 beynəlxalq təşkilatın nümayəndələri iştirak edir.
Bu xəbər oxucular tərəfindən 188 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed