Şrift:
Dövlət Komitəsinin sədri: “Son vaxtlar Azərbaycanda dini icmaları siyasiləşdirmək cəhdləri var”
30.01.2013 [12:25] - Gündəm, İslam dini
Bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov deyib.

Komitə sədri qeyd edib ki, son vaxtlar regionlarda baş verən insidentlərlə bağlı monitorinqlər aparılıb, dini icmaların özləri tərəfindən hansısa aksiyada iştirak halları müşahidə olunmayıb: “Amma müşahidə olunur ki, kimlərsə tərəfindən dini icmaları siyasi insidentlərə cəlb eləmək cəhdləri var, buna qarşı da müvafiq reaksiyalar olur.

Ümumiyyətlə, əksər dini icmalar onlara kənardan heç bir təsir olmadığı halda siyasi proseslərə qoşulmaq, hansısa aksiyalara getmək istəmirlər. Əks halda, bu, nəinki həmin dini icmaların məqsədləri əleyhinədir, ümumiyyətlə dövlətşilik üçün təhlükəli haldır.

Ona görə də biz bunu dini icmalarımızın sağlam və dövlətçilik ənənələrinə sadiqliyi kimi qəbul edirik”.
Bu xəbər oxucular tərəfindən 1090 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed