23.05.2023 [12:47] - Gündəm
BMT Ukraynada münaqişənin beynəlxalq hüququn müddəalarına uyğun olaraq sona çatmasını istəyərdi.
Bu barədə BMT Baş katibinin sözçüsü Stefan Dyujarrik Qərbin bir sıra ölkələrinin F-16 qırıcılarını Kiyevə təhvil vermək niyyətini şərh edərkən söyləyib.
“Bizim məqsədimiz BMT Nizamnaməsinə, beynəlxalq hüquqa və müvafiq qətnamələrə uyğun olaraq bu münaqişənin sona çatmasını görməkdir”, - deyə Stefan Dyujarrik bildirib.
Mayın 21-də ABŞ Prezidenti Cozef Bayden Xirosimada G-7 sammitinin yekunları üzrə mətbuat konfransında Qərbin ukraynalı pilotların dördüncü nəsil qırıcılardan, o cümlədən F-16-dan istifadə edə bilməsi üçün onlara təlim keçiriləcəyini söyləyib.
Habelə Amerika liderinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sullivan deyib ki, Vaşinqton hansı dövlətlərin Kiyevə F-16 təyyarələrini verəcəyi məsələsini yaxın aylarda məsləkdaşları ilə müzakirə edəcək. O xatırladıb ki, ABŞ administrasiyasına görə, bu qırıcılar Qərbin Ukraynanı əks-hücuma hazırlamaq üçün prioritet tədarüklər siyahısına daxil edilməyib.

Bu xəbər oxucular tərəfindən 140 dəfə izlənilmişdir!
![]() | ![]() |
Yahoo | ![]() |
![]() |
|||
![]() |
Del.icio.us | ![]() |
Digg | ![]() |
StumbleUpon | ![]() |
FriendFeed |