Şrift:
Həbsdə olan Güney azərbaycanlı fəal Cavid Nəzmi işgəncələr altında
31.01.2013 [10:52] - Güney Azərbaycan xəbərləri
İran rejiminin azərbaycanlı mədəni fəallara qarşı təzyiqləri səngimək bilmir.


Son məlumata görə, azərbaycanlı fəal Cavid Nəzmi ağır işgəncələr altında saxlanılır. Bu barədə Güney Azərbaycan saytları xəbər yayıb. Mənbə öz kanalları vasitəsi ilə milli-mədəni fəalın işgəncə edilməsi xəbərini əldə edib.

Qeyd edək ki, Nəzmi keçən həftə Təbrizdə öz ata evində təhlükəsizlik qüvvələri tərəfindən tutulub və Təbrizin ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsinə aparılıb.
Bu xəbər oxucular tərəfindən 796 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed