Şrift:
Ərdoğanın andiçmə mərasimi bu tarixlərdə ola bilər
30.05.2023 [13:36] - Gündəm, Türk dünyası-Turan
Rəcəb Tayyib Ərdoğanın prezident andı üçün iki fərqli proqram layihəsi hazırlanıb.

Bu barədə Türkiyə KİV-nə isitnadən xəbər veririk.

Qeyd edilib ki, Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsindən sonra dövlətin yüksək səviyyəli kadrları və yeni kabinet eyni vaxtda formalaşacaq və işə başlayacaq.

"Deputatlar 2 iyun cümə günü Məclis Ümumi Yığıncağında and içəcək və Məclis sədrinin seçilməsi üçün 5 gün davam edəcək namizədlərin irəli sürülməsi prosesi başlayacaq. Ərdoğanın prezident andı üçün iki fərqli proqram layihəsi hazırlanıb. Ərdoğan ya iyunun 2-si cümə günü millət vəkilləri and içdikdən sonra Türkiyə Böyük Millət Məclisində prezident andını içəcək, ya da iyunun 6-da and içəcək və dərhal sonra yeni kabinetini açıqlayacaq", - deyə bildirilib.

Xatırladaq ki, 28 may tarixində Türkiyədə keçirilən ikinci tur prezident seçkilərində Rəcəb Tayyib Ərdoğan 52,14 səslə qalib gəldi.
Bu xəbər oxucular tərəfindən 1778 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed