Şrift:
Azərbaycanda ilin sonunadək maaşlar artırılacaq
01.11.2011 [17:18] - Sosial
Bu ilin sonunadək Azərbaycanda büdcə təşkilatlarında çalışanların əmək haqlarında artım gözlənilir.

Bu barədə Maliyyə Nazirliyinin 2012-ci il üçün açıqladığı dövlət büdcəsinin layihəsində bildirilir.

Büdcə layihəsinin xərclər hissəsinin «Sosial müdafiə və sosial təminat» bölməsində bildirilir ki, 2012-ci ilin büdcəsində 2011-ci ildə əmək haqları və pensiyaların, sosial müavinət və təqaüdlərin artırılması ilə yanaşı, 2011-ci ilin sonunadək gözlənilən artımların tətbiqi üçün də vəsait nəzərdə tutulub.

Maliyyə Nazirliyində bunu təsdiqləyərək ilin sonunadək büdcə təşkilatlarında çalışanların bir hissəsinin əmək haqlarının artırılacağını bildiriblər: «Bir qədər əvvəl Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin əməkdaşlarının maaşları artırılıb, bu proses ilin sonunadək bəzi başqa sahələri də əhatə edəcək».
Bu xəbər oxucular tərəfindən 1167 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed