Şrift:
Azərbaycan paytaxtında yaşayış binasında yanğın başlayıb
01.11.2011 [17:19] - Hadisə
Bakıda yaşayış binasında yanğın başlayıb. APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə Nərimanov prospektində (keçmiş Sovetski) qeydə alınıb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya bildirilib ki, hadisə yerinə 4 yanğınsöndürən maşın göndərilib. Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Bu xəbər oxucular tərəfindən 557 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed