Şrift:
İstirahət günü Azərbaycanda yağıntılı hava şəraiti hökm sürəcək
02.02.2013 [12:21] - Gündəm, Bildiriş
Sabah Azərbaycan ərazisində hava yağıntılı olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən bildiriblər ki, Bakıda və Abşeron yarımadasında fevralın 3-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gecə və səhər az yağıntılı olacağı gözlənilir. Gündüz dəyişkən buludlu, əsasən yağmursuz hava müşahidə olunacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 1-4, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında fevralın 3-də hava şəraitinin əsasən yağmursuz, lakin gecə və səhər bəzi şərq rayonlarında yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 11-16 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.
Bu xəbər oxucular tərəfindən 1039 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed