Şrift:
Amerika: İndi top İran hökumətinin əlindədir
04.02.2013 [09:45] - Güney Azərbaycan xəbərləri, Siyasət
Amerika Birləşmiş Ştatları İranın nüvə fəaliyyəti ilə bağlı rəsmi Tehranla birbaşa danışıqlar aparmağa hazırdır. ABŞ-ın vitse-prezidenti Co Bayden Almaniyanın Münhen şəhərində keçirilən 49-cu Təhlükəsizlik Konfransında çıxışı zamanı bu haqda açıqlama verib. Lakin, C.Baydenin sözlərinə görə, hər şeydən əvvəl İran hökuməti bu məsələnin nə qədər ciddi olduğunu anlamalı və məsuliyyəti dərk etdikdən sonra danışıqlara başlamalıdır.

"Əks halda danışıqların təcrübə xətrinə keçirilməsi qəbuledilməzdir. Hələlik, diplomatiyanın uğurlu olması üçün vaxt və imkan var. İndi top İran hökumətinin əlindədir. Rəsmi Tehranın "5+1" ölkələri ilə danışıqlara düzgün mövqedən yanaşmasının vaxtı çatıb", - deyə C.Bayden bildirib.

Konfransda iştirak edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə İranla bağlı çıxışında bu ölkəyə qarşı hərbi müdaxilə ilə təzyiq göstərməyin qətiyyən yolverilməz olduğunu və İranın üzv olduğu təşkilatlar da daxil olmaqla BMT, Avropa Birliyi və digər təhülkəsizlik təşkilatlarınının bir araya gəlməli olduğunu bildirib. Onun sözlərinə görə, bu ölkələr arasında etibarsızlığa son vermək üçün yaxşı vasitə ola bilər.
Bu xəbər oxucular tərəfindən 771 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed