Şrift:
Sosial ipoteka qaydaları dəyişdi
05.02.2013 [00:16] - İqtisadiyyat
Sosial ipoteka çərçivəsində kreditin maksimal məbləği 35 min manatdan 50 min manatadək artırılıb

Prezident İlham Əliyev "Azərbaycan Respublikasında güzəştli ipoteka kreditlərinin verilməsi Qaydaları"nda dəyişikliklər edilməsi haqqında fərman imzalayıb. Davam.az-in prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, fərmana əsasən, sosial ipoteka çərçivəsində kreditin maksimal məbləği 35 min manatdan 50 min manatadək artırılıb.

Dəyişikliklərə görə, 3 ildən az olmayan müddətdə hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), eləcə də ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları sosial ipotekadan yararlana biləcək.

Fərmanda qeyd olunur ki, bir sıra hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara ipoteka krediti üzrə güzəştlər şamil olunmur. Bunlara aşağıdakı hallar aiddir:

xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla);
məhkəmənin hökmü ilə və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi"nin 61-ci bəndinin "z)" yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla);
törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə, müəyyən müddətə azadlıqdan məhrumetmə (bu Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) və ya ömürlük azadlıqdan məhrumetmə növündə cəzalara məhkum edildikdə (bu Qanunun 42.0.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla);
Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə, xəstəliyə görə - hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda;
bağlaşma əsasında həqiqi hərbi xidmətdə olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər törədilmiş cinayətə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə cəzaya məhkum edildikdə və ya onlarla bağlaşma ləğv edildikdə;
Azərbaycan Respublikasının vətəndaşlığını itirdikdə.
Bu xəbər oxucular tərəfindən 1071 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed