Şrift:
İsveçin Gotenburg şəhərində “Güney Azərbaycanda Refrandum tələbi_
05.02.2013 [00:41] - Güney Azərbaycan xəbərləri, Diaspor
Mevcud durum və Yeni addımlar ” başlıqları altında, 9 Güney Azərbaycan təşkilatı və bir çox milli fəalın iştirakı ilə toplantı geçirildi.

Fevralın 2 sində (Cuma ərtesi günü) geçirilən toplantıda , 5 saatı yaxın bir sürədə iştirakçılar gündəm qonular haqda öz fikirinə bildirmişlər.
Bu toplantıya Avrupanın çeşidli ölkə və şəhərlərindən iştirakçılar, eləcədə digər dünya ölkələrindəndə ineternet(Paltak) aracılığı ilə qatılaraq “Güney Azərbaycana Refrandum təleəi” haqda danışıqlar aparılıb.
Qatılımcı təşkilatlar və nümayəndələr :
1_Güney Azərbaycan Demokrat Partiyası.(GADP)
2_Azərbaycan Milli Demokratik Birliyi.(BİRLİK)
3_Azərbaycan Öyrənci Hərkatı. (AZOH)
4_Güney Azərbaycan Milli Dirəniş Hərəkatı. (AMDT)
5_Güney Azərbaycan Qurtuluş Partiyası. (GAQP)
6_Güney Azərbaycan Liberal Demokrat partiyası. (GALDP)
7_Güney Azərbaycan Müstəqil Fəallar Teyfi.
8_Dünya Azərbaycanlıların Milli Birliyi.
9_Bütöv Azərbaycan Ocaqları. (BAO)
Bu toplantının başlanqıçında Xanım Simin Səbri (BİRLİK), Eldar bəy Qaradağlı (GAQP), Babək bəy Çələbiyani (AMDT)(USA’ dan paltak aracılığı ilə), Əmir bəy Mərdani (AZOH), Cavad bəy Dirəxti (Dünya Azərbaycanlıların Milli Birliyi.), Haşim bəy Bilgin (GALDP), Mahmud bəy Bilgin (GADP), Məhbub bəy Emrahi (Güney Azərbaycan Müstəqil Fəallar Teyfi.)(Paltak aracılığı ilə) fikirlərini bəyan etdilər.
Toplantının ikinci bölümündə isə Zahir bəy Elisoy(BAO), (Q.Azərbaycan.Paltak aracılığı ilə), Hakim bəy Sadiqli(GADP) (Q.Azerbaycandan paltak aracılığı ile), Əlirza bəy Ərdəbilli, Yunus bəy Şamlı, Babək bəy Azəroğlu, Solmaz xanım Bilgin(Paltakla Almanyadan) toplantıya qatılaraq öz fikirlərini bildirdilər.
“GADP”, “BİRLİK” və AZOH’un öncü olduğu bu toplantıda önəmli gəlişmələrindən bir neçəsidə, çox sayda fəallarımızın iştirakı ilə Qaradağ zəlzələsinə maddi yardım toplanması və eləcədə “G.Azərbaycanda siyasi tutsaqlara özgürlük” kampanyasına çox sayıda imza toplanması olmuşdur. Bu toplantıda zəlzələ zədələrə 70 milyon Riyal pul toplanmış və çox sayda imza toplanmış oldu ki bu barədə yaxın günlərdə ayrıca bilgi veriləcəkdir.
Bu xəbər oxucular tərəfindən 1048 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed