Şrift:
Əkrəm Əylislinin “Daş yuxular”ındakı “Böyük bəy” - Elçibəyin qardaşı bundan danışdı
05.02.2013 [11:37] - Xəbərlər, Hadisə
Əkrəm Əylislinin son günlər ciddi müzakirə doğuran qalmaqallı “Daş yuxular” romanı haqda bu dəfə mərhum eks-prezident Əbülfəz Elçibəyin qardaşı, Almurad Əliyev münasibət bildirib.

Açıqlamasında A.Əliyev mərhum Elçibəyin “Daş yuxular” romanında “Xalq Cəbhəsinin rəhbəri Böyük Bəy” obrazında canlandırılmasını Əkrəm Əylislinin fırıldağı kimi qiymətləndirib.

“Mən Əkrəmlə tanışam. Hətta bir neçə dəfə oturib çörək də yemişik. Onun belə roman yazmasında yəqin fırıldağı, kələyi var. Bunu da özü bilir. Həmin romanda silah məsələsinə gəlincə, Elçibəy nə qədər silah yollayırdı sərhəddə. Silahları da cəhbəçilər aparırdı. Döyüşlər gedən zamanlarda oğlumun lotoreyasına maşın düşmüşdü. Həmiş maşını Bakıda 48 min rubla satıbsatıb, Elçibəyə verdim. O da silah alıb yolladı cəbhəyə. Dedi sonra mən sənə verəcəm. Amma bu romanın nə məqsədə yazılmasını deyə bilmərəm. Əkrəm özü yaxşı bilər”.

Əkrəm Əylislinin son günlər ciddi müzakirə doğuran qalmaqallı “Daş yuxular” romanında bir sıra personajların prototipləri var. Müəyyən bənzətmələr, oxşar cizgilər ədəbi obrazların arxasında gizlənmiş gerçək şəxsləri üzə çıxarır. Onlardan biri də “Böyük Bəy” obrazıdır. Bu obrazın Elçibəy olduğu şübhə doğurmur...

Anar RÜSTƏMOV
Bu xəbər oxucular tərəfindən 1380 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed