Şrift:
Ermənistan parlamentinin spikeri istefa verib
02.11.2011 [10:42] - Gündəm
Ermənistan parlamentinin spikeri Ovik Abramyan istefa verib və bundan sonra hakim Respublikaçılar partiyasının seçki qərargahına başçılıq edəcək.

PanARMENIAN.Net agentliyinin verdiyi xəbərə görə, Respublikaçılar partiyasının şurasının iclasından sonra Abramyan jurnalistlərə bildirib ki, öz təşəbbüsü ilə istefa verib. Abramyan deyib ki, bu qarşıda gələn parlament seçkilərinin seçkiqabağı kampaniyanı daha səmərəli təşkil etməyə imkan verəcək. O, Ermənistan hökumətinin digər yüksək vəzifəli şəxslərinin istefa verməsini istisna etməyib.
Bu xəbər oxucular tərəfindən 874 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed