Şrift:
Ana dili - anamın dili
06.02.2013 [01:30] - Gənclik
Tural Sahab
Gədəbəy

Bir dövlətin ərazisində müxtəlif millətlər yaşaya bilər.Ancaq ,bu millətlərin içərisində sayı üstün olan,dövlətin sahibi olan millətin dili ana dil və yaxud da ana dili adlanır.Bəzilərinin bildiyi,çoxlarının isə bilmədiyi kimi bu dövlətin sahibi Türk millətidir.Ana dili isə Türk dilidir.

Bəs biz özümüzə niyə azəri,dilimizə də azəricə deyirik?

Niyə özümüzü beş min illik tariximizdən ayırırıq?

Niyə,özümüz ozümüzə düşman kəsilmişik?

Bir milləti yox etmək üçün onun dilini əlindən almaq lazımdır ilk öncə,birləşdirmək üçündə tək dildə birləşmək.

Dildə birlik

Fikirdə birlik

İşdə birlik

Qaspıralı İsmail deyirdi bunu,çox da uzaq olmayan keçmişimizdə.Çünki,eyni dildə danışan insanlar eyni cür düşünər,eyni əqidə əsasında birləşə bilər.Çar Rusiyası da,bunu yaxşı bildiyindən orta asiyada yaşayan Türklərin dialektlərini edebi dil halına gətirdi.Bunu məhəlli yazarlara öz dialektlərində ədəbi əsərlər yazdıraraq elədi.Nəticədə Qazax dili,Özbək dili ,Qırğız dili kimi yalancı dillər meydana çıxdı.

Biz bunları bilirikmi? Bəli bilirik.

Bəs nə üçün ,bu oyunu pozmuruq?

Nə üçün hələ də Türk olmuruq?

Mən Hüseyin Cavidi çox sevirəm.Çünki o, bu millətin maddi və mənəvi dəyərlərinə sahib çıxıb,bəziləri kimi şöhrət üçün Türklüyə və islama üz çevirməmişdir.Həyatı bahasına millətinin mənəvi dəyərlərini müdafiə etmiş əsərlərində də bu fikirləri təbliğ etmişdir .Əsərlərini istanbul Türkcəsində yazaraq ortaq Türk dilinə doğru ilk addımı atmışdır.

Görürsünüzmü nə haldayıq? Bizdən öncəkilər Türk dünyasını dildə və əməldə birləşdirmək üçün çalışdığı halda ,biz türklüyümüzü inkar etdik,ona düşmən kəsildik.Bayrağımızın ilk rənginə xəyanət etdik,şanlı keçmişimizə,atalarımza üz çevirdik.

İstənilən şəhərimizin,rayonomuzun küçələrində gəzdikcə ,istər-istəməz insan düşünür burası Azərbaycandı yoxsa hansısa Avropa ölkəsi?! Bütün obyektlərin olmasa da,çoxsunun adı yabancı dildədir.İnsanlarımız bununla mədəni, intiligent olduğunu göstərirlər güya özlərini.Bunun günahkarı əvvəlcə o obyektlərin sahibləri,sonra isə o adlara icazə verən dövlət qurumlarıdır.

Biz özümüzə qayıtmalıyıq,özümüz olmalıyıq. Başqalarını da,bizə hörmət etməyə məcbur etməliyik, yoxsa kiməsə oxamağa,kimsə olmağa yox.
Bu xəbər oxucular tərəfindən 916 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed