Şrift:
Qacar şəhzadəsi Abbas Mirzə və onun Azərbaycan sevgisi
07.02.2013 [00:46] - Xəbərlər, Türkün şanlı tarixi
İranı uzun müddət Azərbaycan türkləri idarə etmişlər. Bu danılmaz faktdır. Türklərin İrandakı hakimiyyəti 1925-ci ilədək davam etmişdir. Pəhləvi general Məhəmməd Rza Pəhləvi hərbi çevriliş nəticəsində Qacarları devirmiş, İranda Pəhləvi sülaləsinin hakimiyyətini qurmuşdur.

Buna qədər İran tarixində çox güclü tarixi şəxsiyyətlər olmuşdur. Nadir şah, Ağaməhəmməd xan Qacar və s. Buna misaldır. Lakin bu şahlar türk olmalarına baxmayaraq özlərini “İran şahı” olaraq görürdülər. Lakin Qacar şəhzadəsi, İran şahı Fətəli şahın (Baba şah) oğlu şəhzadə Abbas Mirzə bu insanların hamısından fərqlənir. Uşaq vaxtından Azərbaycanda böyümüş şəhzadə buranın təbiətinə, insanlarına heyran olmuşdu. Özü də Azərbaycan türkü idi, lakin Tehrandan kənara çıxmamışdı. Onun üçün bu torpaqlarda, öz ana vətənində ilk dəfə idi. Abbas Mirzə başqa şəhzadələrdən fərqli olaraq yayı Qəzvin sə Sultaniyyədə keçirirdi.

Abbas Mirzə öz sərkərdəlik xüsusiyyətləri ilə atasının gözünə girmişdi və atası onu böyük ordulardan birinə baş komandan təyin elədi. Abbas Mirzə orduya azərbaycanlıları cəlb etməyə başladı və qurduğu yeni ordu “Azərbaycan ordusu” adı ilə məşhurlaşdı. Bu ordu sonralar I Rus – Qacariyyə müharibəsində iştirak edəcək, Sisianova qarşı döyüşəcəkdi.

1804-cü ildə Abbas Mirzə ruslarla ittifaqa girmiş İrəvan xanlığına hücum etdi. Məqsəd İrəvan xanını cəzalandırmaq idi. O İrəvan yaxınlığındakı döyüşdə rusları məğlub etsə də, ciddi texniki çətinlikləri olduğunu dərk etdi. İran ordusu hərbi texnika cəhətdən rus ordusundan geri idi. Lakin o Azərbaycanda mütləq uğur qazanmalı idi. Abbas Mirzənin əsas məqsədi o idi ki Azərbaycanı ruslardan təmizləsin və atasının gözünə girsin. Atası da onu Azərbaycana hakim təyin eləsin. Abbas Mirzə ruslarla döyüşdə məğlub olmasına baxmayaraq öz hərbi bacarığı ilə çoxdan atasının rəğbətini qazanmışdı. Məhz bunun sayəsində onu Azərbaycana elbəyi təyin etdi. Abbas Mirzənin yerli xalq arasında böyük nüfuzu var idi və bu da onun idarəçiliyində yaxşı olmasına şərait yaradırdı.

Lakin saraydakı mollalar həmişəki kimi onun paxıllığını çəkirdilər. Nəticədə Abbasın Azərbaycan hakimliyindən alınıb Xorasana sürgün olunmasına nail oldular. Abbas Mirzə Xorasanda sürgündə olarkən Azərbaycanın yeni hakimi Feridun Mirzəyə yazdığı məktubu onun Azərbaycan sevgisini bir daha göstərir. O həmçinin ölüm ayağında sayıqlarkən belə “Azərbaycan, Azərbaycan” söyləmişdir. Şəhzadənin yazdığı məktub aşağıdakı kimi idi:
“Umarım ki siz səlamətsiniz. Orada işlərin öz məhvərində yürüməsi üçün gərəkən özəni göstərmənizi istəyirəm. Azərbaycan məmləkəti mənim evim və əhalisi isə öz övladımdır. Məni buraya bütün ölkə düzeyində istiqrar sağlansın deyə Azərbaycan xalqı görəvləndirib göndərmişdir. Ömür vəfa edərsə, öz evim Azərbaycana dönəcəyəm. Gərəkən bütün şeyləri sənə söyləmişəm, təkrar təkid edirəm ki, Azərbaycanda istiqrarın qorunması üçün lazım olan təlaşları edin. Bunu da bilmiş olun ki, bütün Azərbaycan xalqının sizi sevməsi gərəkdir.”

Mənbə: “Əhvalat və dəst xəthaye Abbas Mirzə” ; Əminə Pakravan – “Abbas Mirzə və Azərbaycan”, səh.306
Bu xəbər oxucular tərəfindən 991 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed