Şrift:
Azərbaycanın ilk peyki orbitə buraxılıb - FOTOLAR
08.02.2013 [11:19] - Gündəm, Sosial
Fevralın 8-nə keçən gecə Azərbaycanın ilk süni peyki orbitə buraxılıb. “Azerspace-1” adlanan ilk peyk Cənubi Amerikada yerləşən Fransa Qvianası Kosmik Mərkəzinin Kuru kosmodromundan “Ariane Space” şirkətinin (Fransa) raket daşıyıcısı vasitəsilə geostasionar orbitə çıxarılıb.

Azərbaycanın «Azərkosmos» Açıq Səhmdar Cəmiyyətin sədri başda olmaqla 25 nəfərlik nümayəndə heyəti də Kuru kosmodromunda prosesi izləyib.

Azərbaycanın ilk rabitə peykin ümumi çəkisi 3250 kq təşkil edir. Peyk 36 aktiv C və Ku siqnal transponderlərə malikdir. Peykin orbitdəki yeri isə Şərq istiqamətində 46 dərəcədir. Peykin imkanlarının 20%-i Azərbaycanın tələbatını ödəmək üçün, qalan 80%-i isə kommersiya məqsədilə istifadə ediləcək.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatına görə, peyk orbitə buraxılandan sonra Naxçıvan da daxil, Azərbaycanın bütün ərazisində keyfiyyətli televiziya və radio yayımı, sürətli internet xidmətləri təmin olunacaq. Bundan başqa, ötürülən məlumatlara daha yaxşı nəzarət ediləcək. Yerüstü fiber-optik şəbəkə zədələndiyi hallarda peyk rabitəsi problemləri də tezcə aradan qaldırılacaq. Üstəlik, peyklə bağlantıların təhlükəsizliyinə təminat veriləcək. İlk peyk orbitə buraxılandan sonra rabitə və internet xidmətləri ucuzlaşacaq.

Azərbaycanın ilk peyki orbitə buraxılıb - FOTOLAR

Azərbaycanın ilk peyki orbitə buraxılıb - FOTOLAR
Bu xəbər oxucular tərəfindən 833 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed