Şrift:
MDHP görkəmli alim İsrafil Məmmdovun 85 yaşını qeyd etdi(Foto albom)
08.02.2013 [11:24] - Xəbərlər, Gündəm, Mədəniyyət, MDH
Milli Dirçəliş Hərəkatı Partiyası Qərbi Azərbaycan Departamentinin təşəbbüsü və təşkilatçılığı ilə tanınmış yazıçı, alim, publisist və ictimai-siyasi xadim İsrafil Məmmədovun 85 illik yubiley mərasimini keçirib. Tədbirin rəsmi hissəsi Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda İsrafil müəllimin ailə üzvləri və ölkəmizin tanınmış ziyalılarının iştirak; ilə keçirilib.
Yubiley tədbirində Millət Vəkilləri, tarixçi alimlər, ictimai-siyasi xadimlər və media nümayəndələri iştirak edib.


Tədbirdə yubilyarın yaradıcılığından söhbət açılmış və bildirilmişdir ki, əslən Qərbi Azərbaycandan, Zəngəzur mahalının Mehri (Mığrı) rayonundan olan İ.Məmmədov vaxtilə “Sovet Ermənistanı” qəzetinin redaktoru olmuşdur. Bu illər ərzində o, qəzetin səhifələrində İrəvan quberniyasının əsl yerli sakinləri olmuş azərbaycanlıların həyat və düşüncə tərzi, dünənimizin tarixi, bu günün gerçəklikləri, azərbaycanlıların mədəni irsi haqqında geniş məlumatlar dərc etdirmişdir. Onun III cilddə nəşr olunmuş “İrəvan dəftəri”, “Böyük Ermənistan kabusu” kitabları oxucular tərəfindən rəğbətlə qarşılanmışdır.
Çıxış edənlər vurğulamışlar ki, fədakar jurnalist, tarixçi alim İsrafil Məmmədov digər soydaşlarımız kimi, 1988-ci ildə erməni xəyanəti nəticəsində öz doğma torpaqlarından zorla didərgin salınmışdır. Lakin o, yenə də qələmini yerə qoymur, axtarışlarını davam etdirir.
Tədbiri AMEA Tarix İnstitunun director müavini Cəbi Bəhrəmov açaraq qonaqları salamlayıb. Sonra İsrafil Məmmədovun həyat və yaradıcılığı haqqında məruzə etmək üçün söz tarixçi alim İbrahim Bayramova verilib. Geniş məruzədən sonra Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, Millət Vəkili Fərəc Quliyev çıxış edərək görkəmli alimi təbrik etmiş, ona partiya adından Fəxri Diplom təqdim etmişdir.
Tədbirdə Yazçılar Birliyinin katibi Arif Əmrahoğlu, Türkiyədə keçmiş səfir Abbas Abdulla, tarixçi alim Mirzə Ənsərli, Bayram Abbasov, Arif Abbasov, Akşin Ağkəmərli və başqa ziyalılar çıxış edərək İsrafil Məmmədova öz təbriklərini çatdırıblar.
Axşam saat 18 00-da “Xəmsə” şadlıq sarayında yubliyarın şərəfinə ziyafət də verilib.

MDHP görkəmli alim İsrafil Məmmdovun 85 yaşını qeyd etdi(Foto albom)

MDHP görkəmli alim İsrafil Məmmdovun 85 yaşını qeyd etdi(Foto albom)

MDHP görkəmli alim İsrafil Məmmdovun 85 yaşını qeyd etdi(Foto albom)

MDHP görkəmli alim İsrafil Məmmdovun 85 yaşını qeyd etdi(Foto albom)

MDHP görkəmli alim İsrafil Məmmdovun 85 yaşını qeyd etdi(Foto albom)



Milli Dirçəliş Hərəkatı Partiyası (MDHP)
Mətbuat Xidməti
Bu xəbər oxucular tərəfindən 1110 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed