Şrift:
Təbrizdə ilk dəfə Leyli və Məcnun tamaşası Azərbaycan türkcəsində səhnəyə çıxacaq
08.02.2013 [15:27] - Güney Azərbaycan xəbərləri, Mədəniyyət, Güney Azərbaycan-Təbriz
Təbrizdə fevralın 9-dan martın 10-a qədər Leyli və Məcnun əsəri türk dilində səhnəyə çıxacaq. Tamaşa Təbrizin Səyyar Teatr Qrupu tərəfindən səhnələşdirilib.

Təbriz Teatrı veb səhifəsinin yazdığına görə, tamaşanın məşqləri 2012-ci ilin oktyabrında başa çatıb vəhazırda baxış və gözdən keçirmə işləri aparılır.
Rejissor və yazıçı Əli Əsgər Milaninin rəhbərliyi ilə Leyli və Məcnun tamaşasının məşqlərində tanınmış azərbaycanlı yazar və şair Ülkər Ucqar tərcüməçi kimi iştirak edib.
Rza Gülavər, Rüqəyyə Vəlipur, Sanaz Nəzəri, Kamyar Şəkibayi, Səid Cilvəgəri, Leyla Babayi və Vəhidə Nəvidinin iştirak etdiyi tamaşa Təbrizin İncəsənət və Kültür Kompleksində səhnəyə qoyulacaq. Leyli rolunu aktrisa Leyla Babayi ifa edir.
Qeyd edək ki, Güney Azərbaycan şəhərlərində səhnələşdirilən tamaşalar əsasən fars dilində olur, Azərbaycan türkcəsində tamaşaların səhnələşdirilməsi nadir hallardandır.
Bu xəbər oxucular tərəfindən 991 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed