Şrift:
Mübariz İbrahimov Tovuzda anıldı.
08.02.2013 [16:16] - Gənclik
Yeni Nəfəs Gənclər Təşkilatı Tovuz şöbəsinin bir qrup üzvü Mübariz İbrahimovun doğum günü münasibəti ilə bağlı rayon mərkəzində yerləşən Şəhidlər Xiyabanını ziyarət ediblər.

Ziyarətə Bakıdan təşkilatın idarə heyətinin üzvləri Odər Türkmən və Əli Namazov da qatılıb. Onlar Şəhidləri yad edərək onların ruhuna dualar oxuyublar.
Yeni Nəfəs Gənclər Təşkilatı artıq beş rayonda təşkilatlanmaya başlayıb və onlardan biri də Tovuz şəhəridir. Təşkilatın başqanı Mehman Həsənin verdiyi məlumata görə, onlar Azərbaycanın əksər rayonlarında olan tərəfdarlarını yenidən təşkilatlandırmağa və mərkəzləşdirməyə qərar veriblər.
Qeyd edək ki, təşkilat 2005-ci ildə yaradılsa da, son illər fəaliyyəti dayandırılmışdı.

Mübariz İbrahimov Tovuzda anıldı.

Mübariz İbrahimov Tovuzda anıldı.
Bu xəbər oxucular tərəfindən 757 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed