Şrift:
Yeni GAMOH son tutulmalarla bağlı bəyanat yayıb
10.02.2013 [02:50] - Güney Azərbaycan xəbərləri, Siyasət
Yeni GAMOH son tutulmalarla bağlı bəyanat yayıb. Bəyanatın mətni aşağıdakı kimidir:


Yeni GAMOH-un son tutulmalarla bağlı

Bəyanatı:

Son günlər Yeni GAMOH Mərkəzi Komitəsi üzvlərinin tutulması, qanunsuz saxlanmalar, təşkilat üzvlərinə qarşı son həddə çatan sərt davranışlar, Təbriz ETTELAAT-ının tək nəfərlik kameralarında saxlanmalar, tutulanlara qarşı irəli sürülən “dövlətin təhlükəsizliyini pozmaq”, “qanunsuz təşkilat yaratmaq” və s. kimi saxta ittihamlar bir daha göstərir ki, bu işin sorumluları milli problemləri çözmək yerinə, əvvəlki kimi yanlış yollarla məsələnin zahirini silməyə çalışaraq problemləri inkar etməyə cəhd göstərirlər.

Yeni-GAMOH təşkilatı son zamanlar açıq fəaliyyəti seçərək və Güney Azərbaycan Türklərinin haqlarını əldə etmək yolunda mübarizə apararaq İran İslam Respublikasından tələb edir:

-Şah istibdadı dövründən bəri davam edən assimilyasiya siyasətinə və ayrıseçkiliyə son qoysun;

-Prezident seçkilərinə yaxınlaşarkən mətbuat fəallarına tətbiq edilən məhdudiyyət və basqıları dayandıraraq, son tutulanlarla birlikdə düşüncə və azadlıq uğrunda fəaliyyət göstərən bütün siyasi məhbusları azad etsin;

-Bütün mədəni fəallarımızı azad buraxaraq Ana Dilində təhsil verənlərə qarşı təqib və təzyiqlərə son qoysun.

Yeni GAMOH təşkilatı düşüncə azadlığını bir əsas və zərurət olaraq elan edir, hər bir şəxsin gələcəyini seçmə haqqını bütün bəşəriyyət üçün rəsmən tanıyır və dini inanc azadlığını hər insan üçün təbii bir haqq olaraq görür və heç bir dövlətin bunun əksini məcbur edə bilməyəcəyinə inanır.

Yeni GAMOH Mərkəzi Komitəsi

09. 02.2013

(21 Bəhmən)
Bu xəbər oxucular tərəfindən 825 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed