Şrift:
Qədim Səlcuq - Türk yurdu və ya bu gün İran adlanan ölkədə Türk soyqırımı...
20.09.2011 [17:16] - Türkün şanlı tarixi
Hz. İsanın doğumundan öncəki tarixə baxdıqda Dərbənddən Təbrizə, Təbrizdən Ərdəbilə, Urmidən Diyarbəkrə, Kərkükə qədərki ərazilər hər zaman müxtəlif adlar altında Türksoylu xalqların yerləşən ərazisi olmuşdur. Maraqlıdır ki, bu coğrafiyada tarixin heç bir dönəmində İran adlı ölkə olmamışdır. Heredot, Strabon, Plutarxa... görə İran indiki İranın şərqində, indiki Əfqanistan ərazisində yerləşmişdir. Hələ Midya, Manna zamanında belə burada qədim Türksoy tayfalar məskunlaşmışdı. Bizim eradan əvvəl sonuncu minillikdə bütün bu coğrafiya Hun Türklərinin, Sak Türklərinin, Xəzər Türklərinin-o cümlədən, Atropaten, Kaspian, Ər Sak, Tap-Aruz (Təbriz), Qor – Od - Bəy el (Ərdəbil) Alp-Anq (Böyük Alp),Qur Od İli (Kartli), İl Bars (Elbrus), Oğuz Piy\Bik ( Kazbek), Pör Sal (Borçalı), Ağ Saka (Axıska), Ağ- İsgit-Ova\Oba (Ağstafa), Od- Göy (Adıqey), Pal Qor Od (Balkar) və s. qədim türk tayfaları-boyları Qafqaz, Güney Azərbaycan, quzey və güney – doğu Türkiyədə hələ eramızdan əvvəl yaşamaqdadır. “İran tarixi... İran mədəniyyəti... ” deyilən bir tarix və mədəniyyət əgər Tehranın quzeyinə, quzey-batısına və güney batısına aid edilirsə, burada bir anlıq nəfəs alıb, bir az insafla düşünsən görərsən ki, o ifadələr bu coğrafiyada şagird tənqidinə belə tab gətirməz, dözməz, çünkü bu yerlər qədim Hun, Sak, Xəzər, Kipçak, Oğuz-Səlcuq tarixi və çeşidli adlarla Türk elitar mədəniyyətinin məskənidir. Son iki yüzillik Avropa ədəbiyyatı Avropa mərkəzli mürtəce “Türksüz Şərq” mülahizələri ilə yazılmış, Avropa və dünya tarixinin “türk qaymağı” tarixin üzündən silinmişdir. Qısası, b.e. sonrakı tarixdə eradan əvvəlki tarixin doğma davamı olmasına baxmayaraq, İran coğrafiyasında yaşayan xalqların tarixi bütünlüklə ingilis tapşırığına və əmrinə yatan fars şovinizmi bucağından dəyərləndirilmiş, bu ərazidə yaşayan və böyük mədəniyyət yaradan Türk xalqlarına o cümlədən Azərbaycan xalqına, haqsız yerə, layiq olmadığı halda təhqiredici “xəri-türk” (eşşək türk) damğası vurulmuş, şah rejimini yaradan şahın damarlarında təmiz Azərbaycan-Türk qanı axsa belə, Oğuz-Azərbaycan türklərinə zülm etmiş, İvan Qroznı (Tatar knyazı İvan Kalitanın oğlu), Dəli Pyotr – I ( Tatar knyazı Nəzərbəyovun doğma oğlu, çar Mixail Romanovun oğulluğa götürdüyü tatar balası) türk əsilli olsa da öz xalqına divan tutmuşdur. Halbuki müasir İran bütünlüklə Şah İsmayıl Səfəvi –Xətainin qurduğu dövlətdir. İran mədəniyyətinin miladi - 900-cü ildən Qədim Səlcuq - Türk yurdu və ya  bu gün İran adlanan ölkədə  Türk soyqırımı...1923- cü ilə qədərki dövrünə-İran mədəniyyəti... yox, Səlcuq və ya Səfəvi Mədəniyyəti – Azərbaycan Mədəniyyəti və Tarixi deyilməlidir, eləcə də yazılmalıdır. Azərbaycan Türkü Şah İsmayıl Xətai bu günkü İran dövlətinin əsl, həqiqi memarıdır. Şah İsmayil bu dövləti qurarkən onun adını Səfəvi dövləti qoymuşdu – yəni tarixi şüur məntiqiylə baxdıqda bu dövlətin doğma adı – Səfəvi Dövlətidir. İran ismini 1923- ildə saxta Pəhləvi adlı “fars mənşəli şah ” ı hakimiyyətə gətirən İngilislər məxsusi olaraq antitürk mövqedən farslar üçün saxta sənədlərlə İran dövləti və İran tarixi uydurdular. Azərbaycan xalqının qəddar düşməni olan ata-oğul Pəhləvilərin dövlət idarəçiliyi o vaxtdan anqlofil arientasiyanı əsas götürdülər. Bu ideya xətti ingilislərin mürtəce avropamərkəzçilik prinsiplərindən qaynaqlanan anti Türk ideya istiqaməti idi. Bu dövlətin dili Oğuz-Səlcuq-Azərbaycan dili idi. Bu dövlətin müasir coğrafiyasını, demək, Azərbaycan Türkləri qurmuş, 1828-ci ildə isə İran-Rus müharibəsi nəticəsində şimali Azərbaycanı maymaq şah Təhmasib Rus ilhaqına vermişdir (fəqət müharibə 1830-cu ildə bitdi.). Bu gün belə İranın adı dəyişməli və tarixi ədaləti bərpa etmək məqsədilə bu ölkəyə - bu yerə, bu dövlətə Səfəvi dövləti adı verilməlidir. Və yaxud son adı ilə Qacar dövləti adlanmalıdır. Qərb və şərqin bütün hətta düşmən niyyətli tarixçiləri belə yaxşı bilir ki, bu dövlətin adı Səfəvi, Abbasi, Qacar olub və quzey Azərbaycan da Səfəvi dövlətinin bir hissəsi idi. Yəni Səfəvi dövləti Ağqyunlu, Qaraqoyunlu, Şirvan, Herat, Şiraz, Məşhəd coğrafiyasında qurulan bir Türk dövləti idi.
Gəlin keçmişə görə həqiqəti unutmamaq şərti ilə nə dədələrimizi qınayaq, nə də özümüzü. Ya vəlvələdən, ya zəlzələdən. Tarix elə gətirdi, bu da belə oldu. Bu gün tarixdən xəbəri olan hər bir fars yaxşı bilir ki, İran Türk xalqlarının, tayfalarının, boylarının yeri, yurdu, dövlətidir. Bunu hər kəsin bilidiyi təqdirdə, insan Azərbaycanlıya hansı vicdanla zülm edər, divan tutar, onu təhqir edər?! 35-40 milyonluq fəal və çox zirək bir xalqın məktəbi yox, mədrəsəsi yox. Bu xalq 70-ildir hər gün edam edilir, zindanlara atılır, dar ağacından asılır. Tarix Təbriz qədər inqilab edən bir şəhər, bir xalq tanımır. Təbrizdən sonra Paris 200 il ərzində 7-8 dəfə inqilab etmişdir. Təbrizdə Milli Azərbaycan Hakimiyyəti (Seyid Cəfər Pişəvərinin liderliyi ilə) ingilislərin yardımı ilə 1946 - cı ildə çökdürüldükdən sonra azadlıq mücahidlərindən fransız qəzetləri yazırdı ki, 20.000 min nəfər inqilabçını dar ağacından asmışdılar. Bu tarixi fakt yalnız bir fransız jurnalıstinin bir məkanda gördüyü olaydır. Amma jurnalist-qəzetçilərin çoxundan gizlədilmiş onların görmədiyi neçə-neçə olylar vardır. Vaxtı ilə İranda İngilis səfirliyində işləyən mütərəqqi ingilis yazıçısı Ceyms Oldricin “ Diplomat ” romanında ingilislərin əmrlərinə əsasən fars şovinistlərinin Azərbaycan xalqına necə divan tutub zülm etdikləri yazıçının real qələmi ilə geniş təsvir edilmişdi. Əslində yazıçı ingilisin fitvası nəticəsində müsəlmanı müsəlmanın əli ilə qırmağın, məhv etməyin məkrli ingilis üsullarını ifşa etmişdir. Fərz edək ki, o zaman ingilislər Osmanlı Türklərini Çanaqqala savaşında bütünlüklə məhv edə bilmədi və onun acığına yalançı Pəhləvi ailəsi quraşdırıb sırf Türk əleyhinə bir adi arabaçını Pəhləvi nəslinin davamçısı adı ilə İran rəhbərliyinə gətirib yerləşdirdi. İngilisin məxfi tapşırığıyla arabaçı Məmmədrza “şah”-ın əmrinə görə farslar da qılınclarını sıyırıb cumdular Azər Türklərinə. Bunu ingilislər 1923-cü ildə farslara əmr edəndə farslar anlamadılarmı bu siyasət İranın gələcəyini kor dalana itələməkdir?! Əgər Tehran o gündən bu günə anti-azərbaycan siyasətini dəyişmirsə, demək ya rəsmi Tehran hələ də ingilislərdən qorxur- axı onlara o vaxt söz vermişdilər, ya da müasir siyasi idarəçiliyi hələ də 1923 – ilin metodları ilə görüb, anlayır, icra mexanizmlərini, idarəetməni, infrastrukturu 1923-cü ilin ağlıyla, zəkasıyla aparırlar.
İranda şah rejimi Ayətulla Xomeyni tərəfindən yıxılarkən ölkənin tarixi adı bərpa olunmalı idi – ölkə İRAN deyil, SƏFƏVİ dövləti, QACAR dövləti adlanmalı idi, axı Ayətulla Xomeyni yaxşı bilirdi ki, İran dövlətinin əsl adı Səfəvi, Qacar, Abbasi dövləti idi. Müasir İran dövlətinin bir hissəsi tarixi Azərbaycan-oğuz elləri 100 – minlərlə Azərbaycanlının 100-illərlə qanı, canı, ah-naləsi hesabına xilasedilmiş, qurulmuş bir dövlətdir və ərazisi 2 milyon 600.000 kv.km. idi. O, həm də yaxşı bilirdi ki, müasir İran coğrafiyasının cənub-qərb ərazisi heç bir zaman İran adlı bir ölkə olmamışdır, əgər bu torpaqlar İndiki İran ərazisinə daxil olmuşdusa bu yalnız ona görə olmuşdu ki, indi İran adlanan ərazidə 1000-ildən yuxarı tarixi olan bir Türk dövləti olmuşdu. Dolayısıyla müasir anlayış və dildə Azərbaycan Türkünün ulu əcdadı Şah İsmayıl Xətai 2.m.600.min kv.km. bir Türk dövləti qurmuşdu. Bununla yanaşı təxminən 500 min.kv.km. bir coğrafiya b.e.ə.-dən başlayaraq, 1923-cü ilə qədər Türk xalqlarına o cümlədən müasir Azərbaycan xalqının əcdadlarına, atalarına, dədələrinə məxsus ərazi olmuşdur. Əgər bunu yaxşı bilən Ayətulla Xomeyni də bu tarixi həqiqətin üstündən sükutla keçmişsə, demək onun da bir müstəmləkə ambissiyaları və həvəsi olmuşdur. Əgər Şah rejimi yıxıldısa məntiqlə hər şey şaha qədərki tarixdən başlanmalı idi. Pozulmuş siyasi tarix, siyasi coğrafiya, ictimai-siyasi ideologiya, mənəvi-ruhi mənbələr, milli münasibətlər və s. reablitasiya olunmalı idi. Yəni şah üsuli-idarəsinə qədərki tarixə dönülməli, tarixi həqiqətlər ən müasir demokratik pinsiplər üzərində bərqərar olmalı idi. Tarix anlayışı yeni elmi metodları nəzərə almaqla sivil prinsiplərlə yazılmalı idi. Buna deyərdilər inqilabın nailiyyəti. Axı Xomeyni hər kəsdən daha yaxşı bilirdi ki, ingilislərin quraşdırdığı uydurma-saxta sənədlərə əsasən İran dövləti saxta üsullarla bütünlüklə şahın və şah ailəsinin şəxsi mülkiyyəti elan edilmişdi. Demək, məntiqlə şahın övladlarının hər zaman ata mülkünə iddia qaldırmaq hüququ vardır. Məsələn, dövlətin adı Səfəvi və ya Qacar dövləti olsaydı, bu halda şah övladlarının və şah tərəfdarlarının iddia qaldırmaq hüququ heç bir zaman ola bilməzdi. Ayətulla Xomeyni dövlətin adını olduğu kimi saxlayıbsa şahsevənlərin (oxu: Pəhləvisevənlərin) mal-mülk, torpaq iddiası hər zaman qalacaqdır. Halbuki, İrandakı uşaqdan tutmuş, tundradakı eskimosa qədər hamı bilir ki, Pəhləvi soyadlı bu ailənin heç bir tarixi yoxdur və onlar qədim zamanların Pers-Aryan-Sasan-Pəhləvi xanədanı ilə heç bir qohumluq əlaqəsi olmamışdır. Digər cəhətdən “mən 1000 il bundan əvvəl yaşamış filankəsin qan qohumu və ya varisiyəm”-demək çox gülünc, saxta və komikdir. Hətta sonuncu 1000- illikdə düz 1000 il siyasi hakimiyyətdə olmuş Səlcuq-Osman ailəsi (950-1923) qurduğu dövlətə şəxsi mülkiyyət gözü ilə baxmırdı – “dövlət bizdən gələcək nəsillərə qalan mirasdır”- deyərdilər. Siyasi dövlət şüuru gələcəyə hesablanan bir düşüncə istiqamətidir. Siyasi kütlər haqqında Ulu Sabir nahaq yazmırdı ki, “istiqbalımız lağlağıdır”.
Bununla da ölkə 1923-cü ildən əvvəlki etnik tərkibinə uyğun geniş tayfa coğrafiyası içində siyasi azadlıq hüququndan və beynəlxalq normalarda mövcud olan hüquqi müstəvidən gələn qanunlarla yaşamalı idi. Halbuki, inqilab oldu, bir rejim digərini əvəz etdi, ölkənin siyasi idarəetmə qaydaları və antitürk metodları dəyişməz qaldı. Görünür Ayətulla Xomeyniyə Parisdə inqilabı hazırlayarkən anti-türk siyasət aparacağına dair gizli sənədə qol çəkdiriblər. Çünkü İranın içindəki siyasi model antitürk olmaqla tam bir ingilis modelidir. Bu səbəbdən hər şey dəyişir, amma Azərbaycana, Azərbaycan türklərinə qəddar-işgəncəvi münasibət dəyişmir ki, dəyişmir. Artıq 80-ildir Azərbaycan türklərini assimilə etmək üçün dövlət səviyyəsində məmurlar əllərindən gələni edirlər. Əgər Xomeyni səmimi bir xalq hərəkatının lideri idisə maraqlıdır, niyə ondan neçə il əvvəl şah rejiminə qarşı mübarizə aparan Səttarxan Sərdari Milliyə, Şeyx Məhəmməd Xiyabaniyə, Seyid Cəfər Pişəvəriyə, onlar və yüzlərlə vətən və millət mücahidlərinə heç bir dəyər vermədi. Onların adı anılmadı. Bütün siyasi mülahizələr bir yana Xomeyni şah ailəsinə və şah rejiminə qarşı mübarizədə eyni düşmənə qarşı ondan daha əvvəl mübarizə aparan Azərbaycanlı inqilabçılara belə heç bir qiymət vermədi. Demək, Azərbaycan-Türklərinə münasibətdə Xomeyni də Stalin-Mikoyan xəttini tutmuş, onların anti Azərbaycan yolunu davam etmiş, dolayısıyla erməni dəyirmanına su tökmüşdür. Çox təəssüf ki, Ayətulla Xomeyni bu məqamda erməni-hay-faşist cəlladlarla bir cəbhədə dayanmaq anlayışını sərgiləyir. İran Qurani-Kərimdə göstərilən islam demokratizminə istinad etsəydi, ABŞ-dakı demokratik dəyərlərdən daha irəli gedərdi, siyasi demokratiyanın tələbləri üzərində həqiqi-gerçək unitar dövlət qurardı. Amma elə olmadı. Dini yox yalnız onun bir məzhəb – şiə qolunu, məzhəbini dövlət ideologiyasına müncər etməklə dini şüurla siyasəti birləşdirdi, nəticədə dinin istismarı başlandı. Bu isə İran ictimayyətini geniş şəkildə narahat edir və ciddi düşündürür. Xalq dini şüurun istismarı ilə barışa bilmir. Çünki din pərdəsi altında xalq ən kəskin formalarla istismar edilir. Burada bəlkə siyasət qazanır, ancaq din sürətlə hörmətdən düşür. Qəribədir, şimali Azərbaycanı Rus-Çar ilhaqına buraxandan sonra, Qafqazda gəlmə erməni – çar rus birləşmələri Azərbaycana ikiyüz on ildir (1801-ci ildən) divan tutmaqla məşğuldur – çar ruslarının içində, müstəmləkə əsarətində yaşayırıq, amma nə o vaxtkı Səfəvi dövləti, nədə yalnız 1923-cü ildən tarix səhnəsinə ingilislər tərəfindən çıxardılan İran dövləti bir dəfə olsun bizim taleyimizlə, quzey Azərbaycanda qalan soydaş bir xalqın taleyi ilə maraqlanmadı. Yalnız bir dəfə Ağa Məhəmməd Şah Qacar bizi rus-erməni əsarətindən xilas etmək istədi, onda da Qarabağın Xankəndi şəhərində Şah Qacarı sui-qəsdlə öldürdülər. Yəqin ki, bunu da erməni-rus birliyi və Yekaterina ilə məxfi əlaqəsi olan şair Molla Pənah Vaqif təşkil etmişdi. Burada iki sual üzərində fikirləşməyə dəyər; Yekaterina Vaqifə hansı xidmətinə görə Qızıl Əsa yollamalı idi? Və ya o əsanın içində nə var idi? Qacarın ölümündən dərhal sonra Qarabağ xanı İbrahim –xan şair Vaqifi oğlu Əli bəylə birlikdə niyə dar ağacından asdırdı?
O zamankı Yerevan, Çuxur Səd, Dərələyəz, Mehri, Göyçə, Zəngəzur mahallarını itirdiyimiz zaman başımıza gələn faciələri, bu gün isə Xocalı faciəsi, Qaradağlı faciəsi, Yuxarı Qarabağ hadisələri göz qabağındadır, amma İrana dönək baxaq, təsəvvür edirsinizmi müstəqil İran dövləti mənfur Hay-emənilərə o zamandan başlayaraq elə havadarlıq etdi ki,burada ruslarla birləşən ermənilər bu tayda yapılan faciələrin ondan daha müdhişini o tayda fars şovinizmi ilə birləşərək İranda yaşayan millətimizə yapdılar. Ermənilərin hücumları bitdikdən sonra fars şovinizmi bu qətliamları, türk soyqırımlarını bir yandan ört-basdır etdi, xalqdan gizlətdi, digər tərəfdən qəddarlıq siyasətini, antitürk xəttini özünün dövlət siyasətinin tərkib hissəsinə çevirdi və budur şübhə edənlərə kiçik bir siyahı təqdim edirəm;
1804 – cü idə İrəvana yürüş edən çar generalı Partyaqinin etirafı: “ burada ancaq Türklər yaşayır ki?!.”
1813 və 1828 – ci illərdə şimali və cənubi Azərbaycan ərazisi 550.000 min kv.km. olmuşdur. “GÜLÜSTAN” və “ TÜRKMƏNÇAY” əhdnaməsindən sonra, daha doğrusu zorla ilhaqından sonra 440. min kv.km. ərazi Səfəvi (indiki İran) dövlətinin tərkibində qalmışdır.
1828 – ci ildə şimlai Azərbaycan ermənipərəst çar cəlladlarına pay kimi verilərkən, ərazimizin torpaq həcm ölçüsü 150 min kv.km. olmuşdur.
6 – 9 fevral 1905 – ci ildən 1915-ci ilə qədər 130 min kv.km. ərazinin Qərb hissəsində 10 il ərzində (indiki ermənistan ərazisində) yaşayan Azərbaycan millətinin 500.000 -ə yaxınını rus-erməni hərbi birliyi kütləvi şəkildə qırmışlar. Təsadüfən kimsə öz canını qurtararaq Osmanlı coğrafiyasının dərinliklərinə köç etmişdir.
1914-1915 – ci illərdə Qars, Ərdəhan, Ərzirum, Diqora, Van, Muş, Bayburt, İğdır, Naxçıvan, Zəngəzur, Mehri, Gümrü, Yerevan, Laçın, Kəlbəcər, Gədəbəy, Zəngilan, Qazax və ətraf kəndlərdə Türkləri soyqırıma məruz qoyan erməni silahlı çətələri yalnız müsəlman olduqlarına görə Türkiyə və İranın içində onlarla kürd kəndlərini də yandırmış, kürdləri rəhimsizcə kütləvi şəkildə qətl etmiş, evlərini yağmalamışdılar. İndi kürdlər öz tarixi düşmənləri ilə birləşib, yenidən qərbin antiislam, antitürk siyasətinə xidmət edir, İslamın inkişafının qarşısının alınmasında xristian, müsəlman qanına susayan erməniyə və antiislam, antitürk, turkofobiya təbliğ edən hiyləgər Qərbin mürətəce dairələrinə kömək edir. Yaxın illərdə Azərbaycanda və Türkiyədə açılan kütləvi qırğın qəbirləri, kütləvi şəhid məzarlıqları, şəhidlikləri bunu sübut etmirmi?!. Müsəlman kürd qardaşlarımız, sizin də dost və düşmən haqqında daha dərindən düşünən vaxtınız deyilmi?! Öz müsəlman qardaşınıza Moskvanın, Parisin, Londonun tapşırıqları, pulu və silahı ilə nə qədər atəş açacaqsınız?! Kitabımız, Peyğəmbərimiz, Allahımız bir isə daha bu atəş dili ilə danışmaq kimə faydalıdır?! Siz İslamın minillik düşmənlərinə kömək etmirsinizmi? Yəqin başqa cür düşünməyi də öyrənməyin vaxtı çatmışdır. Gəlin ağlı biri-birimizdən daha çox tarixi təcrübədən alaq, siyasət tarixindən alaq.
1915 – ci ildə şimali və qərbi Azərbaycanda (indiki Ermənistan – bu gün müstəqil ölkə statusun itirən və Kremlin for-postu olan) yapılan qətliamlar olduğu kimi, Səfəvi dövlətinin içində - cənubi Azərbaycanda ( indiki İran) Urmiya, Səlmas, Sulduz, Xoy, Sufyan, Mərənd, Culfa və Makuda, Təbriz ətrafı kəndlərdə (Şam Qazan, Çillə-xana, Anaxatun və s.) 200.000 Azər Türkü qətl edilmişdir.
Əli Kərimbəyli /AMEA/
Bu xəbər oxucular tərəfindən 3010 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed