Şrift:
Əcaib səs siqnalları hələ də insanları narahat edir
11.02.2013 [10:17] - Sosial
Vaqif Əsədov: “Səs siqnalları istifadə edən sürücü səs siqnalı müsadirə edilir və sürücü 100 AZN cərimə olunur”

"Nə var, ala, Ələsgər ", "Nu poqadi” və ya canavar kimi ulayan, at kimi kişnəyən, it kimi hürən yersiz, Afrika cəngəlliklərini xatırladan səs siqnalları...
Yəqin ki, bu cür siqnal səslərinə siz də rast gəlmisiniz. Səs siqnallarından yersiz istifadə olunması biz vətəndaşların narahatlığına və narazıçılığına səbəb olur. Halbuki respublikamızda "Yol hərəkəti haqqında" qanun yaşayış məntəqələrində səs siqnallarından istifadə olunmasını qadağa edir. Bəzi istisnalar olmaq şərti ilə səs siqnallarından istifadə olunması inzibati məsuliyyət yaradır. Buna qarşı mübarizə aparılsa da məsələni hələ tam həll etmək mümkün olmayıb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədov “Davam .az” saytına açıqlamasında bildirdi ki, «Yol hərəkəti haqqında» qanunun 71-ci maddəsinin tələbinə əsasən işıq cihazlarından və səs siqnallarından istifadə etmə qaydaları tənzimlənir: “ Məhz bu qaydaların tələblərini pozan sürücülər qanunvericiliklə nəzərdə tutulan formada məsuliyyətə cəlb olunur. İlk növbədə bildiririk ki, «Yol hərəkəti haqqında» qanunun tələbinə uyğun olaraq səs siqnallarından ancaq ötmə aparma niyyətilə yaşayış məntəqələrindən kənarda başqa sürücüləri xəbərdar etmək və yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün istifadəsinə icazə verilir. Yəni səs siqnallarından istifadə yalnız iki halda mümkündür».
Vaqif Əsədovun sözlərinə görə, yerli-yersiz səs siqnalından istifadə qaydalarının pozulmasına görə sürücülərə cərimələr tərtib olunur: "2013-cü ilin yanvar ayından bu günə Bakı şəhər üzrə 35 mindən artıq inzibati protokol tərtib edilib və bunun 86 faktı məhz səs siqnallarından istifadə qaydalarını pozduğuna görə sürücülərə tərtib edilən inzibati protokolların sayıdır. Bundan başqa paytaxt sakinlərini xüsusilə narahat edən yüksək tonlu səs siqnalları vardır ki, bu da qanuna edilən əlavə və dəyişiklikdən sonra Inzibati Xətalar Məcəlləsinin 155.7 maddəsi ilə tənzimlənir. Yəni bu kimi səs siqnallarından avtomobillərə quraşdırılması və istifadəsi inzibati xəta hesab edilir. Bu kimi xətanı törədən sürücülərə tərtib edilmiş inzibati protokollar yalnız məhkəmələrdə cəzalandırılır. Məlumat üçün bildirirəm ki, bu kimi səs siqnalları istifadə edən sürücü səs siqnalı müsadirə edilir və sürücü 100 AZN cərimə olunur”.
Günel CƏLİLOVA
Bu xəbər oxucular tərəfindən 796 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed