Şrift:
Fransa radiosunda paniranistlərin izi: Azərbaycan ərazisi kürdistan kimi təqdim olundu
11.02.2013 [10:35] - Güney Azərbaycan xəbərləri, Siyasət
Paniranist fars dilli media Azərbaycana qarşı təxribat xarakterli məlumat yaymaqda israrlıdırlar.
Əsasən paniranistlərin idarə etdiyi Fransa radiosunun fars bölümü sözdə kürd kökənli siyasi ekspertlərin mövqeyi əsasında Azərbaycan ərazilərini Kürdistan kimi qələmə verib və bu şəkildə Azərbaycana qarşı ərazi iddiası irəli sürüblər.
Radio hətta öz saytında xəyali Kürdüstan xəritəsini dərc etməklə Azərbaycan ərazilərini Kürdüstan ərazisi kimi göstərib.
Qeyd edək ki, təəssüflə PKK terror təşkilatı və fars şovinistlərinin məkrli planına uyan bir qrup kürd, Azərbaycanın ayrılmaz hissəsi olan əzəli torpaqlarına göz tikiblər. Bu isə hər şeydən öncə fars şovinistlərinə sərf edir. Bu işğalçı təfəkkürə malik olan kürdlər nə qədər tez bu şeytani fikirdən əl çəksələr o qədər öz xeyirlərinə və ortaq düşmən sayılan fars şovinizminin çöküşünə yardımcı olardılar.
Bu xəbər oxucular tərəfindən 958 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed