Şrift:
Elşad Nəsirov: "Müharibə başlasa İran raketlə "Şahdəniz" yatağını vuracaq."
13.02.2013 [00:59] - Siyasət
Avronestin enerji Komitəsinin Bakıda keçirlən iclasında iştirak edən ARDNŞ-nin vitse-prezidenti Elşad Nəsirov sesnsasiyalı bəyanatla çıxış edib. Modern.az bildirir ki, Azərbaycanın beynəlxalq enerji layhələrində iştirakı ilə bağlı risklərə toxunan vitse-prezident bildirib ki, bunun üçün Avropanın investisiya marağı əsas şərtdir.

“Nabukko” layihəsinin perspektivləri ilə bağlı danışan ARDNŞ rəsmisi deyib ki, bəziləri ticari münasibətləri qarışdırılar. Onun sözlərinə görə enerji sahəsində ticarət tamam ayrı anlayşdır. E. Nəsirovun sözlərinə görə, Türkmənistan qazının Xəzər dənizi vasitəsilə Avropaya daşınması barədə müqavilə ilk olaraq Avropa ölklərinin özlərini marağında olmalıdır. O qeyd edib ki, Avropa bu layihə üçün lazım olan vəsaitinin olmadığını bildirir. “İraqda hərbi əməliyyatlara gündə bir milyard dollar sərf olunurdu. Üç həftəlik bu xərclər həmin layihəyə qoyulacaq məbləq qədərdir”-deyə E.Nəsirov bildirib.

Daha sonra dünya ölkələrinin İrana qarşı tətbiq etdiyi sanksiyalara toxunan ARDNŞ rəsmisi bir sıra maraqlı məqamlara aydınlıq gətirib. “Bizdən İranı “Şahdəniz” yatağından kənarlaşdırmağı istədilər. Əgər İran konsorsiumda iştirak etməsə idi, Xəzərin mübahisəli elan etdiyi ərazilərində neft istehsal edə bilməzdik”-deyə vitse-prezident qeyd edib.

Daha sonra İranla bağlı beynəlxalq gərginliyə toxunan ARDNŞ rəsmisi gözlənilməz detalları açıqlayıb. “Bu gün İrana qarşı hərbi əməliiyatlar barədə danışılır. Bu əməliyyatlar başlasa İran raketləri ABŞ-a gedib çatmayacaq. İsrailin də çox güclü hava hucumundan müdafiə sistemi var. İran Rusiyanı vurmayacaq, Ermənistana da toxunmayacaq. O zaman ortada kim qalır?”-deyə iclasa sual edən ARDNŞ –in vitse –prezidnetinin sözləri şok efekti yaradıb. “İran raketlərinin həfədi “Şahdəniz” yatağı olacaq. Onlar Avropaya eneryi ilə təmin edən ilkin təbii enerji mənbələrinə zərbə vuracaqlar”-deyə E. Nəsirov vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 907 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed