Şrift:
100 MİNDƏN ÇOX İMZA TOPLANDI
13.02.2013 [01:03] - Sosial
Ağ Evin rəsmi saytında Xocalı faciəsinin tanınması ilə bağlı yerləşdirilən petisiyada lazım olan miqdarda səs toplanıb.

Artıq səslərin sayı 101 197-dir. Bundan sonra Xocalı faciəsinin tanınması ilə bağlı Ağ Ev administrasiyasına rəsmi müraciət göndərilməli və ABŞ prezidenti bu məsələ ilə bağlı fikir bildirməlidir.

Xatırladaq ki, petisiyanın son bitmə tarixi fevralın 25-dir. Bundan başqa, saytda Azərbaycan torpaqlarının 20%-nin Ermənistan tərəfindən işğal olunması ilə bağlı petisiya da yerləşdirilib və ABŞ administrasiyasının diqqətini çəkmək üçün fevralın 22-nə kimi 100 min səs toplanmalıdır.
Bu xəbər oxucular tərəfindən 846 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed