Şrift:
Azərbaycanı tanı, sev, qoru, yaşat!
13.02.2013 [01:20] - Gənclik
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “SAF Həyat Naminə” Gənclər İB və “Yeni Həyat” Humanitar və Sosial Dayaq İB-nin tərəfdaş olaraq birgə “AZƏRBAYCANI TANI, SEV, QORU, YAŞAT” adlı layihəsi həyata keçirirlər.

Layihənin məqsədi yeniyetmə və gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsi istiqamətində onlara mənəvi və psixoloji təsirin göstərilməsi, gənclərimizdə müstəqil dövlətçilik ənənələrinə hörmət və sədaqət hissinin gücləndirilməsi, qəhrəmanlıq nümunələrinin onlar arasında təbliği, gənclərin Azərbaycanın milli-mədəni irsi və tarixi haqqında geniş məlumatlandırılmasıdır.

Orta və ali təhsil müəssisələrdə təhsil alan gənclərin iştirakı ilə 15-16 fevral 2013–cu il tarixində Mingəçevir şəhərində seminarların və görüşlərin keçirilməsi nəzərdə tutulub. Seminar “Kür” Olimpiya Tədris İdman Mərkəzində 15 fevral 2013-ci il tarixində saat 14.00-da yerli QHT, müvafiq dövlət və yerli idarəetmə strukturlarının, KİV nümayəndələrinin iştirakı ilə keçiriləcək.

Tədbir Mingəçevir şəhəri H.Əliyev adına parkda H.Əliyevin heykəlini ziyarət etməklə başlayacaq. Proqrama uyğun olaraq gənclər şəhidlər xiyabanını, 1941-45-ci illər Böyük Vətən Müharibəsini əks etdirən Gələbə Meydanını, Mingəçevir Dövlət Dram Teatrını, Ulu Öndərin adını daşıyan muzeyi də ziyarət edəcəklər.
Bu xəbər oxucular tərəfindən 914 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed