Şrift:
İran Suriyada 50 minlik ordu yaratmağı planlaşdırır
13.02.2013 [11:33] - Güney Azərbaycan xəbərləri, Hərb
Bu barədə xəbər ABŞ (Amerika Birləşmiş Ştatları) mətbuatına kəşfiyyat mənbələrindən ötürülüb.
İran Suriyada 50 min nəfərlik yarıhərbi ordu formalaşdırmağı planlaşdırır.
ABŞ-ın adı çəkilməyən kəşfiyyat xidməti tərəfindən mətbuata ötürülən məlumata görə, İran və Livanın (Lübnan) “Hizbullah” hərəkatı Suriya prezidenti Bəşşar Əsədin istefa verəcəyi və ya devriləcəyi təqdirdə bu ölkədə öz mənafeyini qorumaq məqsədilə hərbi birləşmə yaratmaq niyyətindədir.
“Vaşinqton Post” qəzetində dərc olunan xəbərdə qurulması planlaşdırılan 50 min nəfərlik orduya milis (polis) qüvvələrinin cəlbi könüllülük prinsipi əsasında keçirləcək. Mənbə İran və “Hizbullah”ın sözügedən hərbi birliyin yaradılmasında hazırkı məqsədlərinin Əsəd rejiminə yardım göstərmək olduğunu iddia edib.
Bu xəbər oxucular tərəfindən 809 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed