Şrift:
Novruz (Ərgənəkon) bayramında 7 gün iş olmayacaq
13.02.2013 [13:00] - Sosial
Azərbaycanda Novruz (Ərgənəkon) Bayramı 7 gün davam edəcək. Nazirlər Kabinetindən verilən məlumata görə, mart ayının 20-dən 24-nə kimi rəsmi bayramdır. Amma 23-24-ü qeyri-iş günlərinə düşdüyündən müvafiq olaraq 25-26 mart iş günləri sayılmayacaq.

Azərbaycan vətəndaşları üçün bu bayram martın 20-dən 26-na qədər davam edəcək.

Qeyd edək ki, Azərbaycan Respublikasının 30 dekabr 2005-ci il tarixli "Əmək Məcəlləsinə dəyişikliklər və əlavələr haqqında" qanununa əsasən, bayram günləri həftə sonlarına təsadüf etdikdə həmin günlər müvafiq olaraq iş günlərinə keçirilir.
Bu xəbər oxucular tərəfindən 1145 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed