Şrift:
İsmayıllıda tam sakitlikdir, rayona giriş, çıxışı tam sərbəstdir
14.02.2013 [01:21] - Sosial
“İsmayıllı hadisələrinə görə 28 nəfərdə inzibati qaydada saxlanılıb. Onlardan 3-ü cərimə olunaraq evlərinə buraxılıblar. Qalanları isə müxtəlif qaydada, yəni 10 və 5 sutka inzibati həbs olunublar. Artıq həbs müddəti də bitdiyindən həmin adamlar evlərinə buraxılıblar”.

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudovun verdiyi məlumata görə, İsmayıllıda baş verənlərlə bağlı iş istintaq altında olduğundan ümumiyyətlə onlara yaxınları ilə görüşə icazə verilmir. Onun sözlərinə görə, İsmayıllıda tam sakitlikdir, rayona giriş, çıxışı tam sərbəstdir:

“Gənc hüquq müdafiəçiləri Elçin Şirinov və Orxan Məmmədovla birlikdə İsmayıllı rayonunda idik. Qobustan Rayon Polis Şöbəsində olduq, orada Avropa Şurasının İşgəncələrə qarşı tövsiyəsi ilə əlaqədar bəzi məsələlərə diqqət yetirdik. Sonra Şamaxı Rayon Polis Şöbəsinə gəldik, orada da saxlanılan yox idi. İsmayıllı Rayon Polis Şöbəsinə də baş çəkdik. Rayon polis şöbəsinin rəisi Nizami Qocayevlə görüşdüm, söhbət apardıq, həmçinin də İsmayıllı rayonun ictimaiyyəti ilə sadə insanları ilə görüşdük. Rəsmi qaydada deyə bilərəm ki, bir həftə bundan öncə qüvvə və texnika İsmayıllı rayonundan çıxarılıb. İsmayıllıda tam sakitlik hökm sürür. Şəhəri gəzdik, sadə vətəndaşlarla görüşdük. Rayonun girişi və çıxışı da tam sərbəstdir”.

Komitə sədri onu da bildirdi ki, İsmayıllı sakinləri rayon polis şöbəsinin rəisi Nizami Qocayevdən ona bildirib ki, iğtişaşda həbs olunanların sayı az olub. “İsmayıllı rayonun özünün polis şöbəsinin binası olmadığından rayon bələdiyyəsinin binasında yerləşib. Bu gün İsmayıllı rayon Polis Bölməsində bir nəfər belə saxlanılmır. İnzibati qaydada həbs olunanların hamısı azadlığa buraxılıblar”.
Bu xəbər oxucular tərəfindən 896 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed