Şrift:
Strateji balans
14.02.2013 [10:29] - Siyasət, DAVAMın yazıları
Demokratiya və geostrateji maraqlar:

Demokratiya fenomendir və belə bir fenomen özünün inkişafı prosesinin pasionarlıq mərhələsinə daxil olmuşdur. Dalga- dalga yayılan demokratik ideyalar Planetin və həyatın müxtəlif hissələrində yeni norma və prinsiplərin kontrlarını müəyyən etmiş, digər tərəfdən qlobal elitanın ideoloji xarakterini, qlobal təhlükəsizlik mühitinin təşkili prosesini xüsusi prinsiplərlə təşkil etmək əzmini nümayiş etdirmişdir. Bu fövqəladə böyük bir prosesdir. Ancaq demokratiyanın yayılma arealı müxtəlif maraqlar və hadisələr fonunda baş verir. Şübhəsiz demokratiyanın yayılma arealı, inkişafı prosesi təbii prosesdir və fərdin mahiyyətinin nə olmasından asılı olmayaraq o, hər bir fərdin qəlbində xüsusi hörmətə layiqdir.

Praqmatik demokratiya siyasi sistemlərə yalnız o, zaman effektiv təsir edə bilər ki, demokratiyanın təşkili işində təcrübəli dövlətlər yeni qaydaların, demokratik prinsip və normaların həyata keçirilməsi zamanı təcrübəsiz toplumlara yardım etmək işində səmimi olsun. Əks təqdirdə həm elitaların, həmdə toplumların ideya transformasiyası marjinal konsepsiyalarla təşkil ediləcək. Bu zaman böyük ehtimalla ideyaların toqquşması qaçılmaz olmalıdır. Həmdə bu kimi tendensiyalar Avrasiyada yeni münaqişə ocaqlarını, xüsusilə geosiyasi mərkəzlərin nüfuz savaşını stimulaşdırmalıdır. Onun üçündür ki,müvafiq cografi rayonlarda strateji balansın qorunub saxlanılması naminə Avrasiya dövlətləri əməkdaşlıq mühtini qoruyub saxlamalıdır.

Avrasiyanın orta səviyəli fövqəl dövlətləri və aktiv geosiyasi mərkəzləri təxminən eyni istiqamətlərdə riskləri stimulaşdırmaqla məşguldur. Digər tərəfdən ABŞ və onun imper xarakteri, Avrasiyada qüvvələr nisbətini elastik əşya kimi müxtəlif istiqamətlərə dogru əyir. Biz hazırkı tarixi şəraiti heç bir tarixi dövrlə müqayisə edə bilmərik. Yaşadıgımız Əsr texnoloji elitalar əsridir və elə buna görədir ki, 3-cü minnillik endogen proseslərlə əhatələnmişdir.

Sürətlə dalga-dalga yayılan ideyalar texnoloji elementlərlə kombinasiyalı proseslər təşkil edir və bəzəndə texnoloji aparat siyasi beyinlərin xarakterindən daha güclü təsirlərə malik olur. Doğrudur ideoloji elitalar zamanın məntiqi hələlik barışmır. Ancaq texnoloji tendensiyaların prosesə transformasiyası zamanı böyük ehtimalla hər şey sürətlə dəyişməlidir.

Hazırkı şəraitdə geosiyasi nəzəriyyələr, milli ideoloji fəlsəfələr, ilahi konsepsiyalar, və s. tendensiyalar qlobal sistemi, beynəlxalq siyasi münasibətlər sistemini, eyni zamanda beynəlxalq hüquq sistemini və parallel olaraq demokratiyanın xarakterini marjinalaşdırmışdır. Belə bir şəraitdə starteji alyanslar qlobal təhlükəsizliyin təmin edilməsi məsələsində, eyni zamanda dondurulmuş münaqişələrin həll edilməsi prosesində nə qədər effektiv rol oynaya biləcək?

Bu suallara cavab vermədən öncə Avrasiyanın siyasi xarakteri təhlil edilməlidir.

Avrasiya daim müharibələrin və məhrumiyyətlərin vətəni olmuşdur

Bu əslində Avrasiyanın taleyidir. Kontinentin bir hissəsi tarixi keçmişdə oldugu kimi rəngarəngdir və varlı həyat tərzi ilə öyünənlər burada yaşayır. Ancaq qitənin digər hissəsində dəşətli səfalət və müharibələr mövcuddur. Burdakı rəngarənglik xöşbəxtlik və bədbəxtliyin harmonik simvolu kimidir. Deməli Avrasiya dövlətləri ümumi razılıga gəlib həm geostrateji balansın qorunması məsələlərində, həmdə xüsusiyyətlərin, svilizasiyaların, harmonik inkişafı istiqamətində tendensiyaları dəstəklənməlidir. Əks təqdirdə əzəmətli qitənin imper xarakterli dövlətləri arasında yeni mühribələr qaçılmaz olacaq.

Hazırda Rusiyanın imper xrakteri Avrasiyada yeni bir tarixi prosesi, postimperiyanın ikinci halqasının parçalanması strategiyasını sürətləndirmişdir. Böyük imperiya hissə-hissə mənəvi potensialını itirməkdədir. Bu tarixi proses 20-ildən artıqdır ki, davam edir. Digər tərəfdən Avrasiyada yeni ideyaları stimulaşdıran və Kontinentin imperatoru kimi davranan ABŞ qeyri-müəyyən vəziyyətə düşmüşdür. ABŞ üçün qarşıda duran əsas sual budur, Avrasiyada strateji balansın qorunub saxlanılması zamanı qüvvələr nisbəti necə təşkil edilməlidir? Deməli bundan sonra ABŞ ya tarixi keçmişdə oldugu kimi, antik imperiyaların taleyi konteksində, böyük qitəyə qərq olmalı və tamamilə tükənməlidir ki, üfüqdə bu görsənir və yaxud da 3-cü miniliyin öz elementləri daha böyük dəyərlərin xarakterini təşkil edəcək. Yəni ABŞ ya qitəyə təsirini qoruyub saxlayacaq, ya da Avrasiya, ABŞ- ı daxili orbitinə çəkərək parçalayacaqdır.

Təcrübəli Avrasiya və ABŞ şahmat taxtası üzərində qaralar Avrasiya legionerlərindən, ağlar isə imper ABŞ fenomenindən ibarətdir

Oyun mürrəkkəbdir

Biz Rusiyadan, Türkiyədən, aparıcı Avropa dövlətlərindən, İrandan, Çindən, və s. Avrasiya dövlətlərdən- nəzərə almaq lazımdır ki, adları çəkilən dövlətlər həm də aktiv geosiyasi mərkəzlərdir- deyil, məhz Avrasiyanın Yaxın Şərq regionunda yerləşən,öz ölçüsünə və geostrateji imkanlarına görə yuxarıda adlarını çəkdiyimiz dövlətlərlə müqayisə olunması müəyyən parametrlər nəzərə alınmaqla mümkün olmayan, ancaq texnoloji inkişafının qızıl dövrünü yaşayan Yəhudi dövlətindən, İsraildən başlamaqla strateji hissələri ümumi tabloda təhlil etmək fikirindəyik. Məqsədmiz ABŞ, İsrail, Türkiyə üç bucağı konteksində Avrasiya modelini təhlil etməkdir. Bu model Avrasiyada strateji balansı təşkil etmək üçün əla modeldir. Bu həmdə unikal kombinasiyadır.

Hər üç dövlətin oxşar və fərqli resursları disharmoniyadan daha çox harmoniyaya meyili elementlərlə əhatələnmişdir. Məsələ burasındadır ki, İsrailin mövcudlugu geniş planda Avrasiyada strateji balansın qorunması işində önəmli faktordur. Türklərə gəlincə demək lazımdır ki, Ərəb cografiyasından dalğalanan imper xarakterli geostrtej konsepsiylar, xüsusiilə siyasi islam tendensiyaları, müasir Türkiyə cümhuriyyətini təhdid edən əsas fenomendir. Onun üçündür ki, İsrailin varlıgı Avrasiyada strateji balansın qorunması məsələsində önəmli faktordur.

İsrail bütün hallarda böyük Avrasiyada ərköyün şəhzadədir və hələ bu dövlət tamamilə öz potensialını ortaya qoymamışdır. Gənc və dinamik cəmiyyəti ilə texnoloji eranın cəngavəri statusunda olan İsrail, bölgənin prinsipal aktorudur. Böyük ehtimalla yaxın gələcəkdə bu aktor yalnız Türkiyənin imkanlarına sığınmaqla özünü regionda realizə edə biləcək. Çünki Avrasiyada Türkiyənin imkanları tarixi keçmişdə oldugu kimi eyniliklə böyükdür. Avrasiya Türklərin ənənəvi tarixi imperiyalarının vətənidir. Digər tərəfdən Türklər həm də ideoloji ədalətin əsasını qoyan millət kimi region xalqları ilə sıx əlaqələrə malikdir. Türklərdən fərqli olaraq Yəhudilərin Yaxın Şərq rayonuna təsirləri əks effekt verir və bu qarşı - durma daha çox mədəni müxtəliflik və dinlər arası qarşı durma konteksində dərk edilir.

Şübhəsiz texnoloji üstünlüyü ilə İsrail Yaxın Şərqin qaranlıq düzənliklərində parlayan briliyantdır və bu ölkənin qüdrəti onun prinsipallıgındadır. Hazırda bu prinsipallıq həyatın müxtəlif sahələrində özünü hiss etdirir. İsrail ogulları mövcud texnoloji üstünlüyü və inkişafı qoruyub saxlamaq üçün unikal hərbi texnoloji sistemə və əla strateji mövqeyə malikdir. Bu amil nəyin ki, Yaxın Şərqi eyni zamanda Rusiyanı, Türkiyəni, İranı və paralel olaraq Ərəb cografiyasını narahat edir. Digər tərəfdən kontinentin bu hissəsində ABŞ İsrail müttəfiqliyi regionda balansı və hərbi xarakteri fantastik dərəcədə dəyişir.Şübhəsiz Türkiyənin hərbi xarakteri və onun Vaşinqtonla strateji mütəfiqliyi təxminən belə bir nəticəni hasil edir ki, geniş planda Avrasiyada İsrail Türkiyə təbii müttəfiqdir və bu müttəfiqlik hələ uzun müddət mövcud olacaqdır. Biz Avrasiyanın təkcə bu regionunu, Yaxın Şərqi rayonunu, ümum Avrasiya platformasında dəyərləndirərkən strateji balansın bu rayonlarda xarakterini təhlil etməliyik.

Digər tərəfdən Türkiyənin Ərəb cografiyasına yaxınlığı və mühafizəkar Amerika meyili AKP -nin Ərəb dünyası ilə islam həmrəyliyi görüntüsü- Türk mili elitası ilk baxışdan belə bir təsürat yaradır ki, İsrail Türkiyə münasibətlərində baş verən son hadisələr məhz strateji maraqlar uğurunda İsrail Türkiyə qarşı durmasıdır və yaxudda Türklər Ərəb cografiyasında İsrailə qarşı yeni çəpə açmışdır- şeytana arxadan baxmaq strategiyası kimidir və bu amil Türk diplomatiyasının ezoterik xarakterini ifadə edir. Hər halda Türklər yaxşı dərk edir ki, Ərəb etnopsixalogiyasında imper xarakter mövcuddur və bu xarakter regionda Türkiyənin imper arzularını söndürə bilər.

Türkiyənin xarici siyasətində Ərəb cografiyası, bədəvi Ərəblər, meditasiyon elementlərlə ələ alınmışdır və burada əsas məqsəd strateji qulların idarə edilməsi strategiyasıdır. İsrailə gəlincə bu dövlətin mövcudlugu şübhəsiz Ərəb dünyasının imkanlarını parçalayır və bu faktın özü Türkləri Ərəb təsirindən qoruyur. Digər tərəfdən Türkiyə bu məsələdə həddindən artıq ehtiyatlı davranır. Böyük ehtimalla Türklər ABŞ-ın Avrasiyadakı imkanlarının tükənməsindən sonrakı dövrü, qızıl dövr olaraq kodlaşdırmaqla konsepsiyalaşdırmışdır. Türkiyənin hazırkı ideoloji, siyasi sistemi onun geosiyasi konsepsiyaların ezoterik xarakterini stimulaşdırır. Türklərin agıllı geosiyasi konsepsiyaları daxili ideoloji sistemlə koordinasiyalı şəkildə təşkil edilmişdir. Bu unikal kombinasiyadır. Bu dərin analizi birazda sadələşdirsək deməliyik ki, Türklərin bölgədəki maraqları ABŞ-ın və digər Avrasiya dövlətlərinin maraqları ilə nisbətdə daha praqmatik, ancaq eyni zamanda daha məxfidir. Bu fövqəladə önəmli konsepsiyadır. Deməli Türkiyə İsraildən fərqli olaraq Avarasiyanın Şəhzadəsi adını özünə layiq görməməkdə və daha çox ipmeratorun xarakteri ilə özünü ifadə etməkdədir. Görəsən bu məxfi geopolitik kodlaşdırmada Türklərin siyasi sistemi geosiyasi konsepsiyaların həyata keçirilməsi prosesinə nə qədər güclü zəmin yaradacaq. Həqiqətən Türkiyənin siyasi xarakteri onun ideoloji sistemindən daha böyük və qüdrətlidir.

Deməli yuxarıda qeyd etdiyimiz, təcürübəli Avrasiya imperatoru, şahmat taxtası arxasında əyləşmiş əsas aktor, Türküyədir. Bu həm də Kamalizmin miras qoydugu gizli geostrateji konsepsiyanın həyata keçirilmə prosesidir.

Geostrateji axın

İsrailə gəlincə əslində bu dövlət üfüqdə gələcəkdə də güclü və təsirli dövlət olaraq görsənməkdədir. Tarix sübut etmişdir ki, Yəhüdi psixalogiyasında Türklər düşmən deyildir.

Türklər üçün də Yəhudilər heç vaxt düşmən olmamışdır. Hazırda Yəhudilər üçün əsas sual budur biz gələcəkdə Türklərlə bir yerdə Avrasiyada əsas güc olmaq üçün necə hərəkət etməliyik?

Yaxın Şərq regionunda baş verən İnqilablar strateji balansı pozmaqdadır. Bölgədə baş verən proseslər nəinki konkret regionu hətta az qala bütün planeti həyacanlandırmışdır. Ərəb baharının başladıgı tarixdən bu günə Ərəb millətçiliyi fonunda region ölkələrində dini fanatizmə meyillik artmışdır. Paralel olaraq Süriyada davam edən vətandaş müharibəsi böyük bir regionu təsirləndirməkdə davam edir. Hətta İsrailin Süriyaya hava zərbələri endirməsi, İranın Tehran şəhəri yaxınlıgındakı Atom Elektirik Stansiyasında baş vermiş son partlayış faktı və Rusiyanın Cənubi Qafqaza artan təsirləri, eyni zamanda Avropada yaşanan iqtisadi böhran və Böyük Britaniyanın Avro zonadan çıxması ilə baglı son jesti, Avropa Birliyini sarsıdan və getdikcə dərinləşən maliyə böhranı, böhrandan çıxış yolları axtarıldıgı bir zamanda Almaniya və Fransanın fərqli mövqeyi, məhz qeyd edilən tendensiyaların və proseslərin bir-biri ilə əlaqəli oldugunu xarakterizə edir. Şübhəsiz geostrateji mövqelər ugrunda mübrizə gedir və bu prosesin xarakterində təhlükəli meyillər qabrıqdır. Xüsusilə bəzi militarist Ərəb dövlətlərinin İsrailə qarşı yeni cəpə açmaq niyəti və Yəhüdi dövlətini blokadaya almaq cəhdləri təhlükəli meyillərdir.

Belə bir şəritdə ABŞ-ın mövqeyi fövqəladə önəmlidir. ABŞ region ölkələri ilə çox tərəfli əlaqələrə malik olsada onun Avrasiyanın müxtəlif regionlarında həm də güclü rəqibləri mövcuddur. İranın və bəzi Ərəb öklələrinin İsrailə qarşı təziqlərini neyrtalaşdırmaq üçün, ABŞ güclü Türkiyə ilə əməkdaşlıgını artırmalıdır. Paralel olaraq rəsmi Vaşinqton sürətlə post-sovet məkanında strateji mövqelərini gücləndirməli və xüsusilə Avropanın enerji təhlükəsizliyi fonunda Cənubi Qafqaz regionuna xüsusi həsaslıqla yanaşmalıdır. Çin hələlik skitdir və o, iqtisadi yüksəlişini ABŞ-ın maliyə burokratiyasına borcludur. Belə bir Çin hələ uzun müddət ABŞ-ın maraqlarına böyük təhlükə vəd etmir. Ancaq bununla paralel rəsmi Vaşinqton elə davranmalıdır ki, Rusiyanın təsirləri Avropanın iqtisadi və siyasi gücünə ilişib qalsın. Yəni Avropa idi daha çox birlik konteksində mövcudlugunu qorumalıdır. Bununlada Rusiyanın Cənubi Qafaqaz regionuna təsirini neytralaşdırmaq mümkün olacaqdır. Həmdə azad Rusiya və özünə inamlı Çin gələcəkdə Avrasiyanın müxtəlif hissələrində hansısa blok daxilində birləşə bilər. Bu isə böyük təhlükənin əsasını təşkil edən amil olardı.

Hazırda Rusiya, İran, Çin və hətta Misir eyni mövqelərdə, həm fərqli, həm də ümumi strateji balansın yaradılması işində ABŞ, və onun müttəfiqləri ilə əks cəpədə dayanmış vəziyyətdədir. Dogrudur bu cür mövqe hansısa hərbi iqtisadi birliyin yaranması ilə nəticələnməyəcək. Həta ortada belə bir niyət olsada onun reallıqla əlaqəsi mümkün deyildir. Bütün hallarda Avropada davam edən iqtisadi böhran və Rusiya Çin amilinin qabarıqlıgı beynəlxalq siyasətdə fərqli mövqeləri stimulaşdırmaqdadır. Süriyada kimin qalib olmasından asılı olmayaraq demək lazımdır ki, hazırkı şəraitdə bölgədə bir çox elementləri bir əllə düzərək kodlaşdırmaq mümkün olmayacaq. Xüsusilə mühafizəkar dini elitalar 21-ci əsrdə özünə inamlı davranışlar sərgiləyr. İndi bu xəstəliyə Yaxın Şərqdə Misr, və bəzi Ərəb ölkələri ilə İran tutulmuşdur.

Bu isə o, deməkdir ki, ABŞ xarici siyasəti regionun ideoloji paradiqmaları ilə yenidən tanış olmalıdır. Bu problemlə tanışlıq qaçılmaz olacaqdır. ABŞ strateqləri Avrasiyada balansı qorumaq naminə böyük ehtimalla Türkiyənin xarici siyasət strategiyasını ehtiyatlı şəkildə dəstəkləməyə məcbur olacaq. Çünki demokratik Türkiyə modeli ilə bölgəyə təsir etmək ən optimal variant ola bilər.

Rusiya strateji balansda aktor kimi

Böyük Rusiya daxili təlatümlərinə hazırlaşır. Müasir Rusiyada müsəlman və Türk sübyektləri milli müstəqillik hissi ilə yaşayır və artıq bu istiqamətdə ciddi həmlələr müşahidə edilməkdədir. Eyni zamanda klassik Rusiya elitasında güclü fikir ayrılıqları mövcudur. Avropa meyilli elita nümayəndələri, demokratiya tərafdarları, daxilili siyasətə təsir etmək üçün prinsipal mövqe seçmişdir. Onlara görə Rusiya bütün hallarda demokratiya ilə barışmalıdır. Bununla parallel Çinin artan təsirləri və Türkiyənin imper xarakteri Rusiyanın xarici siyasətində qeyri- müəyyənlik yaratmışdır. Rusiya indi kimi özünə rəqib, kimi özünə dost seçməlidir sualı qarşısında cabav axtarır. Çünki bu seçim strateji seçimdən daha çox mütləq mövcudluqla baglı olan tale yüklü seçimdir. Məsələn, Ruslar üçün Çin hələlik həm rəqib həmdə müttəfiqdir. Ancaq Çinə nə qədər güvənmək olar. Digər Tərəfdən İranı da tamamilə səmimi dost adlandırmaq düzgün olmazdı. Onun üçündür ki, Rusiyanın mühafizəkar millətçi elitası İranı qorxaq və hiyləgər düşmən adlandırır. Digər tərəfdən rəsmi Moskva Cənubi Qafqazada strateji balansın pozuldugunu və prosesin qarşısı alınmaz vəziyyətə dogru hərəkət etdiyini həyacanla müşahidə edir.Bütün bunlar o, deməkdir ki, əslində Rusiya elitası nəinki mövcud şərtlərlə barışmır, eyni zamanda imper xarakterini realıqlarla əlaqələndirə bilmir. Bu həmdə Rusiyanın eyforiyada oldugunu izah edir. Nəticədə Ruslar demək olar ki tarixi prosesi sürətləndirir. Yəni Rusiya üfüqdə Fedarasiya sübyekti kimi görsənmir.

Belə bir şəraitdə ABŞ üçün strateji balansın qorunub saxlanılması məsələsi aktualaşır. Çünki Rusiyanın parçalanması məntiqlə -hələlik bu xəyalı konsepsiyadır- İran kimi müsəlman sübyektinin aftomatik olaraq regiona təsir imkanalarını genişləndirməlidir. Paralel olaraq böyük ehtimala Türkiyənin imper xarakterinin siyasi zəmində sürətlə təşkili prosesi - belə bir şəraitdə İran Türkiyə qarşı durması da ehtimal edilir- proqnozlaşdırıla bilər ki, bununlada Rusiyanın və həta Avropa birliyinin taleyi tamamilə sual altında qalmış olardı. Bu tendensiyaların güclü əsaslarla siyasi zəmində realizəsi strateji balansın pozulması ilə nəticələnməlidir. ABŞ rahatsız edən əsas məsələ budur. Digər tərəfdən Avrasiyanın Uzaq Şərq regionundada aftomatik olaraq yeni proselərin əsası qoyulacaqdır.

Belə bir şəraitdə Çinin aktivləşməsini müşahidə edə bilərik. Nəticədə qısa vaxt ərzində Çinin Yaponiya üzərində təsiri relaşa bilər. Ayrıca Çinin Uzaq Şərqdə Koreyanı, İndoneziyanı və s region ölkələrini, təsirlərə məruz qoyması da mümkün olmalıdır. Yəni Rusiyanın Fedrasiya sübyektinin ortadan qalxması aftomatik olaraq Avrasiyanın siyasi və ideoloji xarakterini tamamilə dəyişmiş olardı. Eyni zamanda şübhəsiz biz hadisələri və prosesləri digər fazada təsəvvür etsək, məsələn Rusiyanın Cənubi Qafqaz regionuna təsirləri nəticəsində bu regionda olan hər üç dövlətin, Ermənistan tamamilə forpostdur- müstəqilikləri sual altına düşərsə bu Avropanın iqtisadi və enerji təhlükəsizliyini təhdid etməklə bərabər, hətta Avropa Birliyi siyasi zəmində parçalana bilər. Əgər belə bir şəraitdə Türkiyənin prosesə müdaxiləsi mümkün olsa bu zaman Avrasiya tamamilə müharibələrin vətəninə çevirilməlidir. Ümumiyyətlə Rusiyanın imper xarakteri onun ideoloji sistemindən daha çox, etiraf edək ki, müasir dünyanın demokratiyaya münasibətinin bundan sonrakı necə olmasına baglıdır. Hər halda rəsmi Vaşinqton yaxşı dərk edir ki, Rusiya maneəsiz imper geopolitik konsepsiyalarla hərəkət edəcəksə o, zaman onun təbii müttəfiqləri də bu prosesə qoşulacaq. Deməli Rusiyanın taleyi Yaxın Şərq, Uzaq Şərq, və hətta geniş planda Avropanın taleyi ilə bir başa baglıdır. Yəni Avrasiyada strateji balansı qorumaq üçün Rusiyanı həta parçalamaq mümkün olsa belə, bu prosesi son dərəcə ehtiyatlılıqla həyata keçirmək lazımdır. Praqmatik strateji balansı saxlamaq yalnız bu zaman mümkün olmalıdır.

Avrasiyada Türklərin üstünlüyü və strateji balans

Biz yuxarıda kı fikirlərimizdə də qeyd etdik ki, Türklərin imper xarakteri və davamlı imperiya mədəniyyətinin əsaslarını yaratması, müsir Türklərə mədəni üstünlük hissi verir. Deməli müasir Türkiyənin imper təcrübəsi Avrasiyada mövcud olan dövlətlərin, geosiyasi mərkəzlərin ideoloji təcrübəsindən daha güclüdür. Bu isə o deməkdir ki, Türklərin imperiya mədəniyyəti və Avrasiyanın müxtəlif ərazilərində müxtəlif dövrlərdə mövcud olmuş imper üstünlüyü onlara təkcə mədəni üstünlük hissi verməmişdir. Eyni zamanda bu tarixi şərait Türklərə az qala 2000 -illik dövr ərzində imperiylar nəzəriyəsinin əsaslarını yaratmaga imkan yaratmışdır.

Hazırda ABŞ və onun Avropalı müttəfiqləri üçün regionda əsas güc mərkəzi Türkiyə hesab edilir və hatta Avropanın şərq hissəsində yerləşən Şərqi Avropa dövlətlərinin bir çoxu, məsələn Macarıstan Ruminiya hətta Latviya,Estoniya kimi dövlətlər müasir Türkiyə cümhiriyyətinə xüsusi ehtiramını gizlətmir. Fikirimizcə bunun yuxarıda qeyd edildiyi kimi dərin tarixi kökləri mövcudur.Hazırda Türkiyənin daxilində mövcud olan ideoloji problemlər, Kürd separatizmi və bu separatizmin ideoloji siyasi konsepsiyasını yazan Avropalı müəliflər müxtəlif strateji proqramlarla Türkiyənin parçaılanması strategiyasını konsepsiyalaşdırmaqdadır. Hələlk bunlar ehtiraf edilmir. Bütün bu tendensiyalar Türk milli elitasını praqmatik ideoloji sistemə transformasiya etmişdir. Hazırda elitanın qarşısında duran əsas vəzifə siyasi birliyin qorunmasıdır.

ABŞ və onun Avropalı müttəfiqləri, Yaxın Şərqdə strateji balansı qorumaq üçün hələlik Türkəyəsiz zəif görsənməkdədir. Yəni AVRO_ AMERİKA birliyinin Yaxın Şərqə regionuna və eləcədə Orta Asiya və Qafqaz rayonlarına nəzarət etmək hissi və Türkiyəni ümumi geosiyasi proseslərdən kənarda saxlaması taktikası regionun ideoloji pradiqmaları nəzərə alınarsa mümkün olmayacaq. Hazırda ABŞ və Avropa Birliyi Suriyada Əsəd rejiminə qarşı regionda ideoloji konsepsiyalarla hərəkət edən Türkiyənin imkanlarını heyrətlə izləməkdədir. Məsələ burasındadır ki, Türkiyə nə siyasi nə də hərbi təsirlərlə pörosesləri formalaşdırmır. Burda Türklərin mədəni üstünlük hissi və regionu dərindən tanıma instikti, proseslərə əsas təsir edən faktordur. Yəni Türklər asimmetirik psixaloji mübarizə ilə region daxili ictimai rəyi formalaşdıra bilir. Burda şübhəsiz müasir Türkiyənin demokratik siyasi sistemi daha böyük amilldir. Bütün bunlarla yanaşı Türk milli elitası siysai sistemləri hissə-hisə həm parçalayır həm də öz daxili orbitinə çəkir. Türkiyənin sürətlə regionda özünə yaxın siyasi sistemləri təşkili etmək cəhdləri müşahidə edilir. Əslində Türkiyənin bu addımları srtateji balansın qorunmasından daha çox, strateji yerdəyişmələrlə edilən jest konteksindədir.

Rəsmi Vaşinqton hələik ehtiyatı əldən vermir və öz misiyası hesab etdiyi Avrasiyada strateji balansı qorumaq strategiyasını hissə-hissə təşkil edir. Ancaq Rusiya və Çindən fərqli olaraq həm Avropa həmdə ABŞ belə hesab edir ki Türkyənin ideoloji sistemi, məhz siyasi xarakteri ilə ölçüyə gəlməz dərəcədə güclüdür. Belə bir Şəraitdə Süriya məsələsində Türkiyə sürətlə aparıcı aktor olaraq özünü ifadə edə bilər. Məsələ burasındadır ki, Rusiya və İrandan hətta hazırkı şəraitdə Avropadan fərqli olaraq Türkiyənin iqtisadi sistemi ona daha praqmatik və rahat geopolitik nəzəriyyələr ortaya qoymaga şərait yaratmışdır. Türkiyənin Avropaya meyilli elitası həm Avro zonaya daxil olmaq istiqamətində ciddi həmlələr edir həm də gələcəkdə baş verə biləcək tektonik siyasi kirizlərə, həta Avropadan qarşılıqlı imtina məsələlərinə, daxilidə və regionda hazırlıq görür. Bu strateji proqramları Türkiyə tarixi keçmişlə əlaqəli şəkildə bloklaşdırıraq həyata keçirir. Rəsmi Vaşinqton hesab edir ki, Türkiyənin imkanları Rusiyanın, İranın həta Çinin imkanları ilə müqayisə edilərsə, Türkiyədə olan daxili resurslar, hər üç ölkənin daxili imkanları ilə müqayisədə daha aydın və gözə batandır. Avrasiyada Türkiyənin üç əsas istiqamətdə hərəkət trayektoriyası mövcuddur.1-ci tarixi ərazilərdə mədəni üstünlük hissini təşkil etmək. 2- tarixi Türk torpaqları arasında güclü hərbi, iqtisadi birliyi təşkil etmək. 3- Həm Rusiyadan həm də Avropadan imtiyazlar əldə etmək əsas strateji xətt kimi düşünülmüşdür. Bütün hallarda Avrasiyada strateji balansı qorumaq üçün Türkiyə əla mövqedədir. Vaşinqton üçün bu amil önəmlidir.

Müasir geosiyasətdə təxminən belə bir düstur var.

Rəqibi tamamilə sıradan çıxarmaq əslində sonrakı mərhələdə sənin məhvin olacaqdır. Həm ABŞ, Rusiya həm də Türkiyə üçün hazırda qüvvələr nisbəti anlayışına ynaşma belədir ki, Çin bundan sonrakı mərhələdə daha böyük iqtisadi resurslarla mükafatlandırılmamalıdır. Ancaq bölgünü kim aparmalıdır? Deməli biz qarşıdakı on ildə onu müşahidə edəcəyik ki, ya tamamilə Avrasiyada balansı rəsmi Vaşinqton özünün mraqlarına uygun formada təşkil edəcək və yaxudda Avrasiya dövlətləri ilə birlikdə bu proseslər tənzimlənməlidir. Hər iki halda strateji balansı qorumaq mümkündür.

Avrasiyada təhlükələrə nəzarət etmək üçün fikirimizcə İran, Çin və Rusiyaya bir rakusdan baxmaq lazımdır. Bu ölkələr hələlik qeyri-müəyyən şəraitdən qeyri-müəyyən proseslərlə və qeyri -müəyyən daxili elementlərlə militarist müttəfiqliyə maraq göstərə bilərmi? Bu əsas sualdır.

Biz materialın nəzərdə tutdugumuz həcmini nəzərə almaqla təhlilərimizi lokalaşdırırıq.

Hazırda Avrasiyada əsas oyunçular həlilik qeyri- müəyyəndir. Təxminən 10 yaxın dövlət ümumi Avropa dövlətləri Çin, Türkiyə, Rusiya, İran və hətta Misr də daxil olmaqla elə bir tarixi mərhələdə özlərini ifadə etmək istəyir ki, bu mərhələdə yalnız iqtisadi üstünlük hər şeyi həll etməyəcəkdir. Onun üçündür ki, biz mədəni üstünlük hissini konsepsiyalaşdıran dövlətləri üfüqdə daha qüdrətli görəcəyik. Yəni texnoloji üstünlüyün mədəni üstünlüyə əlavəsi zamanı Avrasiyanın əsas güc mərkəzi aftomatik olaraq özünü ifadə edəcək. Deməli ABŞ və onun təbii müttəfiqləri indi bu ezoterik prosesi daha çox təhli etməyə başlamışdır. Bizə görə Türklər Avrasiyanın şahmat taxtası üzərində cəngavərlər kimi davranmaqdadır. Prosesin sonunu isə gözləməyə dəyər. Rəsmi Vaşinqton strateji balansın qorunması prosesində Türkiyəni fenomen adlandıracaq. Şübhəsiz Hindistan, Pakistan və digər dövlətlər də umumi geosiyasi proseslərə nisbi təsirlər etmək imkanına malikdir. Ancaq biz bu dövlətlərin davaranışlarında imper xarakteri müşahidə etmirik və bu tip dövlətlərin texnoloji imkanları və mədəni üstünlük hissi üfüqdə çox cılızdır. Deməli bu dövlətlər aktor deyildir.

Nəhayət demək lazımdır ki, Avrasiyada iki dəyər strateji balansı qorumağa imkan verəcək. Mədəni üstünlük hissi və bu hissin ətrafında formalaşan yeni meyillər.

İkincisi isə hər halda İdeoloji ədalətin qanuna uyğunluğu bizi ümumi nəticəyə götürəcək.

ABŞ və onun Avropalı müttəfiqləri Avrasiyada strateji blansın qorunub saxlanılması prosesində Türklərin və müasir Türkiyə Cümhuriyyəti dövlətinin imkanlarını təhlil edərkən Avrasiyanın siyasi xrakterini də təhlil etməkdədir.



Zamin Axundov
Bu xəbər oxucular tərəfindən 3133 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed