Şrift:
Ramiz Mehdiyev məzuniyyətə çıxıb
14.02.2013 [10:56] - Xəbərlər, Gündəm
“Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev qısamüddətli məzuniyyətdədir” - administrasiyanın ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov fevralın 13-də “Media forum” saytına açıqlamasında belə deyib. Əli Həsənov bildirib ki, administrasiya rəhbəri bu həftənin əvvəlində məzuniyyətə çıxıb və fevralın 15-də işə qayıdacaq: “Ramiz Mehdiyev dörd günlük məzuniyyətdədir”.

Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev bu həftə keçirilən iki mühüm mərasimdə gözə dəyməyib. Fevralın 11-də Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimovla vida mərasimi keçirilib. Prezident İlham Əliyev, baş nazir Artur Rasızadə, nazirlər, deputatlar vida mərasiminə qatılıb. AMEA-nın həqiqi üzvü olan Ramiz Mehdiyev vida mərasimində iştirak etməyib.

Fevralın 12-də isə prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfrans keçirilib. Baş nazir Artur Rasızadənin, nazirlərin, icra başçılarının iştirakı ilə keçirilən konfransa Ramiz Mehdiyev qatılmayıb.
Bu xəbər oxucular tərəfindən 657 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed