Şrift:
Türkiyədə daha dörd general həbsə göndərildi
14.02.2013 [11:46] - Hadisə
Türkiyədə 28 fevral (28 şubat) istintaqı çərçivəsində ifadə verən 5 generaldan 4-ü həbs olunub.

Ankaradakı 3 saylı növbətçi məhkəmədə ifadələri alınan istefada olan ordu generalı Orxan Yöney, istefada olan admiral Hayri Bülent Alpkaya, istefada olan general-leytenant Köksal Karabay və istefada olan vitse-admiral Altac Atılan barəsində həbs qərarı verilib. İstefada olan general-mayor Ersin Yılmaz isə məhkəmənin nəzarətində qalmaq şərti ilə azadlığa buraxılıb.
Xatırladaq ki, 1997-ci il fevralın 28-də Türkiyədə baş vermiş “müasir” hərbi dövlət çevrilişi barədə keçən il istintaq (28 şubat soruşturması) başladılmış və əksəriyyəti general olmaqla bir çox yüksək rütbəli hərbçi həbs olunmuşdu.
Bu xəbər oxucular tərəfindən 693 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed