Şrift:
Fars şovinistlərinin Türk millətinə qarşı yazıları Rusiya mətbuatında…
15.02.2013 [12:22] - Gündəm, Güney Azərbaycan xəbərləri
Fars şovinizmi mövqeyində duran İranın «Tehran-e Emrooz» qəzeti 2013-cü il yanvarın 22-də Azərbaycan və Türkiyə əleyhinə məqalə dərc etmişdir. Məryəm Salarinin fars dilində çıxmış “BAKI VƏ ANKARANIN İRANA QARŞI YENİ HÜCUMLARI” başlıqlı məqaləsi qərb meyilliliyi ilə seçilən rus saytında da öz əksini tapıb. “inoSMİ.Ru” saytında rus dilində nəşr olunan Məryəm Salarinin məqaləsinin türkcə tərcüməsi bundan ibarətdir:
“BAKI VƏ ANKARANIN İRANA QARŞI YENİ HÜCUMLARI
Məryəm Səlari
Son həftələrin nəşrlərinə görə, Azərbaycan və Türkiyədə anti-İran əhval-ruhiyyəsinin güclənməsi müşahidə olunur. Bunun göstəricisi kimi, Türkiyə tərəfindən idarə olunan «Türksat» peyk (mahvarə) tezliklərində (ferekans) yayımlanan anti-İran mövqeyi ilə tanınmış Azərbaycan telekanalının (GünAz TV) fəaliyyətinin bərpa edilməsini göstərmək olar.

GünAz TV kanalı 2005-ci ildə fəailyyətə başlayıb. Bir ilin ərzində telekanal «Türksat» peyk rejimində fəaliyyət göstərsə də, bu müddətin sonunda öz yayımlarını Yaxın Şərq və Avropaya genişləndirdi. Kanalın xəbərləri İran ərazisində yaşayan türkdilli auditoriyaya istiqamətlənmiş separatçı (bölücü) xarakterdədir.
Türkiyənin ingilisdilli «Today`s Zaman» qəzetinin yazdığına görə, 2006-cı ildə türk hökuməti həmin telekanalın “Türksat” peyk resursunda (qaynağından) yayımını qadağan etdi. Baş ofisi ABŞ-da (Amerika Birləşmiş Ştatları) yerləşmiş GünAz TV çalışdı ki, «Türksat»dakı yayımını bərpa etsin.
Telekanalın bu şübhəli cəhdləri Dünya Azəpbaycanlıları Konqresinin Bakıda alçaldıcı və separatçı anti-İran məşvərətinin keçirilməsinə cəhdi fonunda (zəminində) baş verirdi. Maraqlıdır ki, DAK-ın anti-İran məşvərətlərinin keçirilməsi tarixləri İran –Azərbaycan münasibətlərindəki gərginlik dövrləri ilə üst-üstə düşür. Azərbaycanın paytaxtında bu təşkilatın ofisinin yerləşməsi Güney Azərbaycanın ayrılması və İrandakı etnik azərbaycanlıların hüquqları uğrunda mübarizəyə çağırışlarla bol olan toplantıları keçirmə azadlığı, nəhayət, rəsmi Bakının dövlət siyasi rektoru ilə bu təşkilatın siyasətinin koordinasiyası (həmahəngi) onu göstərir ki, DAK Azərbaycan hökuməti tərəfindən himayə edilir. Bu məsələ ilə bağlı çoxları hesab edir ki, Azərbaycan dövləti İsrail və Qərbin köməyi ilə Türkiyə tərəfdən ciddi dəstəyə malikdir.
Baxmayaraq ki, rəsmi Ankara son ildə İranla yaxınlaşma siyasətini aparmışdır və separatçı xarakterli problemlərə toxunmurdu, amma Türkiyənin və İranın Suriya böhranı üzrə mövqelərinin toqquşması İrandakı azərbaycanlıların məsələsi barədə Ankaranın öz mövqeyini dəyişməsinə gətirib çıxarmışdır. Beləliklə, Türkiyə və Azərbaycanın münasibətlərində yeni dövr başlamışdır ki, bunun da ssenaristi və təşəbbüskarı rəsmi Ankaradır.
SEPARATÇI FƏALİYYƏT
Anti-İran separatçı fəaliyyət pantürkizm ideyalarının artan genişlənməsi fonunda baş verir. Pantürkizm ideologiyasının kökündə türk etnoslarının birləşməsi və bir hakimiyyət altında toparlanmalarını nəzərdə tutulur – Qərbi Avropadan Uzaq Şərqə, Çinə və Şimal Buzlu Okeana (iqyanus) qədər.
Ötən əsr boyunca pantürkizm ideyası türk dövlətlərinin, ictimai şəxsiyyətlərinin və siyasi partiyalarının siyasətində əsas təməli olmuşdur. 1990-cı illərdə Azərbaycanın müstəqillik əldə etməsindən və Türkiyə ilə strateji münasibətlətin bərpa olunmasından sonra Azərbaycanın təşəbbüskarı olduğu siyasətin prioritet istiqamətlərindən biri pantürkizm ideyalarının müzakirəsi idi. Separatçı təşkilatçılara maliyyə və təbliğat himayəsi, onların birlikləri üzvlərinə vətəndaşlığın verilməsi, separatçı əhval-ruhiyyəli mətbuat orqanlarının təsis edilməsi, etnik birləşmə təbliğatı, lobbist fəaliyyətin təşkili və bizim ölkəmizin (yəni İranın) Azərbaycan tərəfindən daxili işlərinə müdaxilə rəsmi Ankaranın açıq və ya gizli dəstəyindən xəbər verir. Bütün bunlar ərəb ölkələrinin İrana qarşı panərəbist basqıları ilə tam koordinasiya olunur.
AZƏRBAYCAN RESPUBLİKASI – PANTÜRKİZMİN TƏCƏSSÜMÜ
Cənubi Qafqazdakı müsəlman ölkəsi olan Azərbaycanın müstəqillik əldə etməsi, xüsusilə İranla münasibətdə pantürkist ideyalarının inkişafında dönüş nöqtəsi oldu. Azərbaycanın müstəqillik əldə etməsi anından etibarən o, özünü bölgədə Türkiyənin strateji müttəfiqi kimi göstərdi və İstanbul ilə siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafına rəğmən pantürkist məqsədlərin mərhələli reallaşmasına xüsusi töhfə verdi. 90-cı illərin əvvəllərindən rəsmi Bakının siyasətində pantürkist hərəkatın təbliğat dövrü və fəal təşkilatçılığı, «Bütöv Azərbaycan» şüarı altında İran ərazisindəki iranlı türklərlə farslar arasında millətlərarası münaqişənin qızışdırılması dövrü başladı. Beləliklə, bizim ölkəmizin (yəni İranın) türkdilli əhalisi arasında pantürkizm ideyalarının təbliğinin mərhələli planlaşdırılması və ictimai rəylə manipulyasiya prosesi başlanıldı. Bu təbliğatın gerçəkləşməsini həmin hərəkatın baş oyunçusuna çevrilmiş Azərbaycan öz üzərinə götürüb.
Nəticədə, Azərbaycanın siyasi xadimləri qonşulara qarşı yönəlmiş separatçı ideyaların, iqtisadi və ictimai təşkilatların əleyhinə çıxmaq əvəzinə, pantürkist həmfikirlərin sırasına qoşuldular. Beyinlərə KİV (kütləvi informasiya vasitələri) vasitəsilə bu və digər anti İran təşviqi üsulları İran və Azərbaycan arasında münasibətlərin pisləşməsinə təsir edən əsas səbəblərdən biri oldu.
Bakı və İstanbulun pantürkist fəaliyyəti Türkiyə və Azərbaycan hökumətlərinin açıq və ya gizli razılığı sayəsində gerçəkləşir. Azərbaycan və Türkiyə KİV-də məqsədli pantürkist ideyaların təşviqi, təbliğat ruhlu qəzetlərə himayədarlıq Azərbaycandakı pantürkizm hərəkatının dünyadakı daha güclü pantürkist oyunçularla əlaqəliliyini göstərir.”
Bu xəbər oxucular tərəfindən 926 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed