Şrift:
Qarabağ qaziləri ilə gənclərin görüşü keçirilib.
15.02.2013 [12:58] - Gənclik
Yeni Nəfəs Gənclər Təşkilatı Qarabağ qaziləri ilə gənclərin görüşünü keçirib. Azərbaycanda Qarabağ qaziləri bir neçə qurum üzrə təşkilatlanıblar və görüşə hər qurumdan qazilər qatılıb.

Dünya Azərbaycanlıları İnformasiya Mərkəzində təşkil olunan tədbir dövlət himninin və Şəhidlərin ruhunu yad etməklə açıq elan olunub. Yeni Nəfəs Gənclər Təşkilatının sədri Mehman Həsən, görüşün təşkil olunmasında məqsədin, qazilərin müharibə zamanı keçdiyi həyat yolunu, onların yaşadığı anları, müharibə ilə bağlı xatirələri öz dillərindən eşitmək olduğunu bildirib.

Görüşdə qazilərdən "Mina Qurbanları Sosial-İqtisadi Problemlərin Həllinə Kömək" İctimai Birliyinin sədri Həsən Həsənov, "Müharibə Veteranı Qadınlarına Sosial Yardım" İctimai Birliyinin sədri Rada Abbas və sədrin köməkçisi Ruxsarə Cumayeva, "Vətən Müharibəsi Əlilləri" İctimai Birliyinin sədri Firudun Məmmədov çıxış edərək keçdikləri müharibə yolundan gənclərə danışıblar. Onlar döyüş anlarından, qələbələrdən və sonda məğlubiyyətə uğradılmağımızın səbəbləri haqqında gənclərə önəmli bilgilər veriblər. Görüşdə həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının alimi Babək Xalistürk, Uyğurustandan Tursunay Türksoy, “Sabaha İnamla” qəzetinin şöbə müdiri, qazi xanımı Rəsmiyyə Vahidova dəyərli fikirlərini gənclərlə bölüşüblər. Sonda qazilər gənclərin suallarını cavablandırıb və qərara gəlinib ki, qazilərlə görüş mütəmadi olaraq keçirilsin.

Nərgiz Qarayeva

Qarabağ qaziləri ilə gənclərin görüşü keçirilib.

Qarabağ qaziləri ilə gənclərin görüşü keçirilib.

Qarabağ qaziləri ilə gənclərin görüşü keçirilib.

Qarabağ qaziləri ilə gənclərin görüşü keçirilib.

Qarabağ qaziləri ilə gənclərin görüşü keçirilib.
Bu xəbər oxucular tərəfindən 928 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed