Şrift:
Xorvatiyanın sabiq daxili işlər naziri 1945-ci ildəki hərbi cinayətlərə görə saxlanılıb
02.11.2011 [16:26] - Gündəm
Xorvatiyanın keçmiş daxili işlər naziri, 89 yaşlı Yosip Bolkovats çərşənbə günü səhər 1945-ci ilin mayında hərbi cinayətlər törətməkdə şübhəli bilinərək saxlanılıb. Bunu onun vəkili Anto Nobilo bildirib. Məlumatı RİA Novosti yayıb.

İstintaqın versiyasına görə, Bolkovatsın Karlovatsdə (Xorvatiyanın mərkəzi hissəsi) Yuqoslaviya Xalq Müdafiəsi Bürosuna rəhbərlik edərkən Duqa-Resa yaşayış məntəqəsində əsasən xorvat millətçilərdən ibarət 210 nəfərin məhv edilməsində əli olub.

Bolkovats müstəqil Xorvatiyanın ilk daxili işlər naziri olub. O, 1990-cu ilin mayından 1991-ci ilin iyuluna kimi bu postu tutub.
Bu xəbər oxucular tərəfindən 894 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed