Şrift:
Türk Birliyi üçün fundamental iqtisadi əlaqələr bu gün ən vacib şərtdir
20.09.2011 [17:35] - DAVAMın yazıları
Türk Birliyinə gedən yol Bakı-Tiflis-Ceyhandan başlayır.
Tarix boyu Türklər hegemon bir millət olub. Heç vaxt məğlubiyyətlə bqarışmayan bu millət dünyada ən böyük dövlətlərə sahib olub. Bu xarakterdən irəli gəlir ki, Türkü Qurda bənzədiblər və Türkün rəmzi Boz Qurd olub.
Ötən əsrin sonlarında rus şovinist siyasətindən azad olanda türkçülərin özlərinə müəllim hesab etdikləri mərhum Xudu Məmmədov həmişə türkoloqlara deyərdi ki, “türkçülüyün elmi, fəlsəfi cəhətdən mahiyyətini tapmaq lazımdır. Çünki türklər bütün millətlərdən fərqlidirlər”.
Lakin təəssüf ki, Türkoloqlarımız hələ də bu tapşırığı qane edəcək qədər yerinə yetirə bilməyiblər. Türk tarixi ilə tanış olanda elə maraqlı, qəribə və qeyri-adi məntiqlə rastlaşırsan ki, bu millətin tarixinə, mənəviyyatına, mədəniyyətinə, qəhrəmanlığına, nəcibliyinə, fəlsəfəsinə heyrət edir, bu millətin nümayəndəsi olmaqdan qürur duyursan. Elə bu böyüklük türklərin bəşəriyyət üzərində hakimliyini mütləq etmişdi. Bu isə başqa xalqların faşist təfəkkürlü nümayəndələrində həyəcan yaradırdı. Onlara qarşı çıxanlar ancaq faşist təfəkkürlülər olurdu. Ona görə ki, nəcib keyfiyyətli Türkün hökmranlığı xalqlara ancaq xoşbəxtlik gətirirdi.
Bəhs etdiyim bu təşviş zaman-zaman genişləndirildi. Bütün dünyanın türklər üzərinə hücumu erası başlandı ki, bu dövr hələ də bitməyib. Bu hücum təkcə torpaq iddiası ilə bağlı deyildi, Türkün mədəniyyəti, böyüklüyü, nəcibliyi Qərbdən və Şərqdən vəhşiliklərin hücumuna məruz qaldı. Mədəniyyətimizi oğurlayan düşmənlərimiz bizə vəhşi adətləri sırıdılar. Şübhəsiz, bunu özlərinin şovinist siyasətləri vasitəsilə həyata keçirə bildilər. Nəticədə torpaqlarımız əlimizdən alındı, mənəviyyatımız, qürurumuz alçaldıldı.
Türk Birliyi üçün fundamental iqtisadi əlaqələr bu gün ən vacib şərtdirƏn yeni tarixdə guya, “xalqların azadlığı və həqiqətlərin hakimliyi” erası başlandı. Bu siyasətin yaradıcısı və zəmanətçisi kimi Qərb çıxış etdi. Ancaq Qərbin yürütdüyü siyasətin kökündə də məhz birinci türklərin inkişafına əngəllər törətmək məqsədi durur.
Avropa Şurası Azərbaycanda xırda bəhanələrdən tutub dövlətimizi embarqolarla, AŞ PA-dan çıxarmaqla hədələyir. Lakin Ermənistanın işğalçılığının üstündən min bir bəhanələrlə keçir. Türk dövlətlərini narkotik maddələrin dövriyyəsində şərləyən Qərb, Qarabağdanarkotik bitkilər yetişdirən ermənilərə “gözün üstə qaşın var”.
Türkiyə Avropa birliyinə niyə daxil edilmir, reallıqda hamı bilir ki, Türkiyə AB-nin bütün tələblərinə cavab verir. Yaxud da Kipr türklərinin AB-nin, sülhün tərəfdarı kimi çıxış edib. Qərbin tələbləri ilə razılaşmalarına baxmayaraq, müstəqillikləri tanımır. Bu arada isə adanın yunan tərəfi bunun əksinə çıxış etdiyi halda asanlıqla AV-yə qəbul edilir.
Ermənilərin, rusların və farsların Türk millətinin başına gətirdikləri faciələrə dünyada başqa heç bir millət düçar edilməyib. Türklərin bu qədər dəhşətlərinə göz yumulur, ancaq ermənilərin qondarma “soyqırımı” Qərb dövlətlərində bir-birinin ardınca tanınır. Bu məsələdə bizə ən çox təsir edən odur ki, tarix boyu türklərlə müttəfiqlik etmiş almanlar da bu gün türklərə qarşı çıxırlar. Bəzi dairələr 1990-94-cü illərdə ermənilərin azərbaycanlılar tərəfindən “tarixi soyqırımı”nı tanımağa və Bakının “işğalçı siyasətinə” qiymət verməyə çağırır.
Bu, artıq Türk millətinin heysiyyatı ilə oynamaq deməkdir. Almaniyanın “ARD” kanalı bu barədə bir neçə veriliş də verib. Dünya Azəırbaycanlıları Konqresinin xəbərdarlıqlarına isə heç bir əhəmiyyət verilmir. Deməli, heç almanlar da qəlbən Türkə yaxın olmayıblar. Onların da müttəfiqliyi müəyyən səbəblərdən olub və müvəqqəti xarakter daşıyıb.
Başqa heç bir millət bu qədər təzyiqlərə dözməzdi. Heç türklər də sözün başqa mənasında dözməzdi. Ancaq bütün dünyanın türklərə qarşı birləşməsi onları zəiflədib. Lakin faktdır ki, türklər uduzmur. Qalib gələ bilməməsinin isə səbəbi daxili birliyinin olmamasıdır. Məqsədli şəkildə türklərin parçalanmasına nail olublar.
Doqquz Oğuz Xaqanlığının Göy Türklər dövlətinə göndərdiyi hədiyyənin üzərində qızıl hərflərlə yazılmış “Orxan-Yenisey” abidələrindən götürülmüş belə bir kəlam Göytürklərin baş şüarı olmuşdur: “Ey Türk! Sənin gücün birliyindədir!!!”
Bütün tədqiqatçılar, tarixçilər və filosoflar XXI əsri “Türk əsri” adlandırıblar. Deməli, biz nə qədər tez birləşsək, o qədər tez qələbəyə doğru gedərik. Bu qələbə Türkün qələbəsi olacaq ki, XXI əsr “Türk əsri”nə çevriləcək. Başqa yolumuz yoxdur. Bu qədər təpkilərin qarşısında Türk öz türklüyünü göstərməlidir. Yəni yəni birləşməli, milli gücünü ortaya qoymalıdır.
Zamanın reallığı, müasir dünyanın tələbi ondan ibarətdir ki, hər hansı bir birliyin, ittigaqın yaranması üçün ən vacib şərt iqtisadi müansibətlər, iqtisadi asılılıqlardır. Təbii ki, mdədni, ictimai, informasiya və elmi əlaqələr də olmalıdır. Türk dövlətləri arasında formal olaraq bir birlik mövcuddur. Hər il Türk dövlətləri başçılarının zirvə toplantısının keçirilməsi müəyyənləşdirilib. Təəssüf ki, bu sammitə nəinki prezidentlər gəlmir, çox vaxt heç ölkənin ikinçi-üçüncü şəxsləri də qatılmaq istəmirlər. Lakin ötən il Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəmərinin istifadəyə buraxılması, neftlə doldurulması mərasiminə Türk dövlətləri çox önəm verdilər və diqqətlə yanaşdılar. 3 Türk dövlətinin prüzidenti bu mərasimə qatıldı. BeləlikləŞ 3 Türk dövlət başçısı həvəslə və böyük məmnuniyyətlə yanaşı dudular. Bu isə hələ başlanğıc idi. Kəmərdə bütünlüklə Xəzər neftinin nəqlinin nəzərdə tutulması o deməkdir ki, digər Türk dövlətlərini də bu kəmər özünə cəlb edəcək. Bu isə Türk Birliyinin yaranmasının real planıdır. Daha sazişlə birlik yaratmaq xülyası deyil.
Türk bİrliyinin yaranmasında önəmli rol oynayacaq layihələrdən biri də Böyük İpək yoludur. Layihə Türk dövlətləri arasında münasibətlərin ən yüksək həddə çatmasına səbəb olacaq. Bu kluminasiya nöqtəsi olacaq və Türk Birliyi ideyası reallaşacaq.
Bütün bunlardan sonra demək mümkündür ki, ötən əsrin sonlarında imzalanmış neft kontraktı sözün əsl mənasında əsrin müqaviləsidir. Axı, XXI əsr Türk əsridir. Ona görə də bu müqavilə XXI əsrə-Türk əsrinə keçid sazişi oldu! Yəni, ortaq Türk gələcəyinə!

Həbib ƏLƏKBƏRSOY
Bu xəbər oxucular tərəfindən 3120 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed