Şrift:
İsmayıllının yeni icra başçısı: "Camaatı incitməyin!"
16.02.2013 [12:42] - Xəbərlər, Sosial
İsmayıllı rayonun yeni icra başçısı Mirdaməd Sadıqov bu gün İcra Hakimiyyətində ilk iclasını keçirib.

Rayon İcra Hakimiyyətindən Davam.az saytına verilən məlumata görə, Mirdaməd Sadıqov iclasda icra başçısının müavinlərinə, idarə və təşkilat rəhbərlərinə tapşırıqlar verib.

O, rəhbər şəxslərə İsmayıllı sakinləri ilə normal ünsiyyətdə olmağı, onların problemləri və müraciətlər ilə ciddi məşğul olmağı tapşırıb. İcra başçısı deyib ki, rəhbər şəxslər camaatı incitməsinlər...

Görüş bir neçə dəqiqə bundan öncə başa çatıb.
Bu xəbər oxucular tərəfindən 1030 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed