Şrift:
MDHP 21 Fevral Beynəlxalq Ana dili günü münasibətilə tədbir keçirəcək
18.02.2013 [13:25] - Gündəm, Güney Azərbaycan xəbərləri, Siyasi partiyalar
21 Fevral Beynəlxalq Ana dili günüdür. Bu münasibətlə Milli Dirçəliş Hərəkatı Partiyası (MDHP) Güney Azərbaycan Departamentinin təşəbüsü ilə 21 fevral 2013-ci il tarixində Dünya Azəırbaycanlılarının İnformasiya Mərkəzində (Bakı şəhəri, İstiqlaliyyət küçəsi 8 ünvanında)saat 14-00 da İranda hakimiyyət tərəfindən qeyri-fars millətlərin özəliklə Güney Azərbaycan türklərinin öz ana dilərində təhsilə qoyulan qadağa və bu qadağaya qarşı olanların təqib və təziqlərə məruz qalmaları müvzusunda konfrans keçiriləcək.
Tədbirdə MDHP rəhbərliyi ilə yanaşı, Millət Vəkiləri, hüquqşünaslar, dilçi alimlər, ictimai-siyasi xadimlər və Bakıda yaşayan Güney Azərbaycanlı siyasi mühacirlər mövzu ətrafında çıxış edəcəklər.
Xatırladaq ki Yunesko 1999-ci ildən 21-Fevralı beynəlxalq ana dili günü elan edib.
Tədbirin sonunda beynəlxalq insan haqları təşkilatlarına İranda yaşayan qeyri-fars millətlərinin, özəlliklə Azərbaycan türklərinin öz ana dilində təhsil hüququnun bərpa olunması ilə əlaqədar müraciət qəbul olunacaqdır.
Bütün media nümayəndələri dəvətlidir.
Hörmətlə:
MDHP Güney Azərbaycan Departamenti
Bu xəbər oxucular tərəfindən 2233 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed