Şrift:
“Beynəlxalq təşkilatların Qarabağda yandırılan uşaqlarla bağlı bəyanatına rast gəlməmişəm”
18.02.2013 [16:53] - Sosial
“Rumıniya parlamentində Dağlıq Qarabağ münaqişəsinə dair qəbul olunan siyasi bəyanat əhəmiyyətli olduğu qədər də, Azərbaycan prezidentinin xarici siyasətinin uğuru kimi dəyərləndirilməlidir və bununla bağlı Azərbaycan ictimaiyyəti Ruminya parlamentinə təşəkkür məktubları göndərməsi yaxçı olardı”.

Bunu açıqlamasında Dünya Gənclər Bankının regional ofisinin rəhbəri Vüsalə Hüseynli bildirib.

V.Hüseynlinin sözlərinə görə, əvvəlki illərdən fəqli olaraq Xocalı faciəsinin tanınması, Dağlıq Qarabağ münaqişəsinə dair qəbul olunan bəyanatların sayı, ölkələr tərəfindən dəstəklənməsi miqyası genişlənir:

“Nəzərə alsaq ki, Azərbaycan beynəlxalq aləmdə lobbiçilk və diaspor quruculuğuna, gənclərin xaricdə təhsilinə müstəqillik qazandıqdan sonra başlayıb bu o qədər böyük zaman kəsiyi deyil. Ancaq bu 20 ildən artıq müddət bir xalqın faciəsinin dünya tərəfindən tanınması üçün olduqca azdır. Bütün bunlara rəğmən düşünürəm ki, ulu öndər Heydər Əliyev tərəfindən bünövrəsi qoyulmuş və prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam edən xarici siyasətimızın qələbəsinin son illər dəfələrlə şahidi olmuşuq. Təbii ki dünyada ikili standart deyilən yazılmayan yanaşma da mövcuddur ki biz bununla mütəmadi qarçılaçırıq. Görüşlərdə həmişə səsləndiririk Azərbaycanda insan hüquqlarına dair mütəmadi bəyanat yayayan beynəlxalq qurumlar bu neçə illərdə məcburi köçkünlərin, dəmir borularda yandırılan uşaqların ermənilər tərəfindən vəhşicəsinə qətlinə niyə bəyanat verməyiblər? Şəxsən mən buna rast gəlməmişəm.Təəssüf ki, bir çox beynəlxalq təşkilatların burada Azərbaycana təzyiq və öz maraqları dayanır. Bundan istifadə elementi isə insan hüquqları və demokratiya pərdəsidir”.

“Ancaq bu yolu tutanlar bir faktı unudurlar ki Azərbaycan 1993-cü ili yaşamır. İnternet əsridir. Bizdə kim bizə hansı mövqeyi nümayiş etdirisə, o mövqeyi də sərgiləyəcəyik” deyən təşkilat rəhbərinin sözlərinə görə, Azərbaycan gəncliyi, xalqı daim İlham Əliyevin arxasındadır. Gənclər bunu dəfələrlə nümayiş etdirib. Bunu istər daxildə olanlar bəzi qüvvələr, istərsə də xaricdə gündə bir bəyanat yazanlar da yaxşı bilirlər. //Modern.az//
Bu xəbər oxucular tərəfindən 704 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed