Şrift:
“Qarabağsız Azərbaycan istəmirik!” müsabiqəsinin qalibləri mükafatlandırılıb
20.02.2013 [14:32] - Sosial
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azad Qarabağ Uğrunda Alyansın təşkilatçılığı ilə “Qarabağsız Azərbaycan istəmirik!” mövzusunda məktəblilərin əl işlərindən ibarət keçirilən müsabiqənin yekunları ilə bağlı tədbir keçirilib.

Tədbir Xocalı soyqırımının növbəti ildönümünə həsr olunub. Alyansın üzvü, “Milli Mədəniyyətin Təbliği” İctimai Birliyinin sədri Jalə Cəfərova bildirib ki, layihədə Bakının Nərimanov, Səbail, Binəqədi, Binəqədi və Yasamal rayonunda yerləşən 4 məktəb iştirak edib. Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd məktəblilərin Qarabağ problemini unutmaması, onların vətənpərvərlik hisslərinin gücləndirilməsi və bu mövzuda yaradıcılıq nümunələri yaradan istedadlı gənclərin ortaya çıxarılmasıdır. Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə məktəblilərin əl işlərini yüksək qiymətləndirib və bu sahədə gənclərin maarifləndirilməsinin vacibliyini qeyd edib. Tədbirin sonunda məktəblilərin Qarabağ mövzusunda çıxışları dinlənilib və müsabiqənin qalibləri elan olunaraq mükafatlandırılıb.
Bu xəbər oxucular tərəfindən 743 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed