Şrift:
Rəfsəncani hökumətin iqtisadi siyasətini kəskin tənqid edib
21.02.2013 [10:24] - Güney Azərbaycan xəbərləri, İqtisadiyyat
İran Məsləhət Şurasının sədri, eks-prezident Əliəkbər Haşimi Rəfsəncani hökumətin iqtisadi siyasətini tənqid edib.İran hökumətinin subsidiya islahatlarını kəskin pisləyən Rəfsəncani ölkədə qiymətlərin gündən-günə artdığını bildirib: “Subsidiyalar ölkə iqtisadiyyatının inkişafına görə tənzimlənməliydi. Ancaq hökumət hər bir ölkə vətəndaşının hesabına az miqdarda pul köçürür. Bunun da nəticəsində ölkədə inflyasiya günbəgün artır, qat-qat bahalaşma gedir və milli valyuta dəyərini itirir”.

Onun sözlərinə görə, hökumətin səriştəsizliyi, ləyaqətli və savadlı mütəxəssislərdən istifadə edilməməsi ölkənin idxaldan asılı vəziyyətə düşməsinə səbəb olub: “Hazırkı vəziyyətin yaranmasında hökumətin yanlış idarəçiliyi ilə yanaşı, beynəlxalq sanksiyaların da təsiri danılmazdır. Ancaq bunu yaradan başqa amillər də var və problemlər tezliklə öz həllini tapmalıdır”.

H. Rəfsəncani həmçinin hökuməti yanlış və yalan statistik məlumatlar yaymaqda da günahlandırıb.
Bu xəbər oxucular tərəfindən 630 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed