Şrift:
MDHP 21 Fevral Beynəlxalq Ana dili günü münasibətilə tədbir keçirdi
21.02.2013 [18:22] - Gündəm, Güney Azərbaycan xəbərləri, Siyasi partiyalar
21 Fevral Beynəlxalq Ana dili günüdür. Bu münasibətlə Milli Dirçəliş Hərəkatı Partiyası (MDHP) Güney Azərbaycan Departamentinin təşəbüsü ilə 21 fevral 2013-ci il tarixində Dünya Azəırbaycanlılarının İnformasiya Mərkəzində (Bakı şəhəri, İstiqlaliyyət küçəsi 8 ünvanında)saat 14-00 da İranda hakimiyyət tərəfindən qeyri-fars millətlərin, özəliklə Güney Azərbaycan türklərinin öz ana dilərində təhsilə qoyulan qadağa və bu qadağaya qarşı olanların təqib və təziqlərə məruz qalmaları müvzusunda konfrans keçirildi.Tədbiri Bütöv Azərbaycanın müstəqiliyi və ərazi bütövlüyü üğründa, özəliklə Xocalı şəhidlərinin yad edilməsilə açıq elan edən MDHP Güney Azərbaycan Departamentinin Sədri Əlirza Amanbəyli tədbir iştirakçılarını slamlayaraq Güney Azərbaycanda öz tarixi torpaqlarında yaşayan Azərbaycan Türklərinin milli hüquq və azadlıqları uğrunda sivil mübarizəsi haqda güniş məlumat verərək son zamanlarda Güney azəırbaycanda milli fəaliyyətlərinə görə həbsolunan soydaşlarımızın sayının dahada artıqını bildirdi. İlk sözü MDHP Sədri Millət vəkili Fərəc Quliyevə verdi.MDHP sədri öz çıxışında rəhbərlik etdiyi təşkilatda və özünün bütün siyasi və ictimai fəaliyyətində Güney Azərbaycan məsələsini çox ciddi önəm verdiyini diqqətə çatdırdı və milyonlarla Azərbaycan türkünün milli azadlıq hərəkatını Güney Azərbayanın isttiqlalı və Bütöv azərbaycanın yaradılmasına qədər bütün gücü ilə dəstək verəcəiyin bildirdi.
MDHP Lideri birdaha bəyan etdi ki,ayrı ayrılıqda Quzey və ya Güney Azərbaycan milli azadlıq hərəkatı yoxdur “Bütöv Azərbaycan Milli Azadlıq Hərəkatı var”Biz torpaqlarımızın bir hissəsində müəyyən qədər nailiyyətlər əldə etmişik və müstəqil bir dövlət qurmaqa nail olmuşuq deyə Güney Azərbaycan,Qərbi Azərbyan,Dərbənd və Borçalı Türklərinin problemlərinə biganə yanaşmaqa haqımız yoxdur.Bizim təşkilat və mən Millət Vəkili olaraq xarici ölkələrdə qatıldıqım bütün rəsmi tədbirlərdə Dağlıq Qarabğla yanaşı Güney Azərbaycan Türklərinin İran rejimi tərəfindən pozulan milli hüquq və azadlıqlarını bütün beynəlxalq təşkilatların diqətinə çatdırıram və bundan sonrada bu işi davam etdirəcəyəm.Güney azərbaycanlıların durumu həqiqətəndə acınacaqlıdır. 21-ci əsridə 40 milyondan çox bir mlillətin öz ana dilinə və milli adət və ənənələrinə qadağa qoymaq bütün bəşəriyyətə təhqirdir.
Sonra söz Türkçü alim və Güney Azərbaycan milli azadlıq hərkatının tarxini araşdıran Aydın Mədədoğluna verildi.Aydın bəy Güney Azərbaycanda Milli azadlıq hərəkatında Ana dilinin önəmini və hər bir xalqın öz ana dilində təsil alla bilməməsinin oxalqın inkişafın mənfi təsirindən danışaraq Güney Azərbaycanın milli azadlıq hərəkatının nəticəsinin qənaət bəxş hesab edərək yaxın zamanlarda əsarətdə olan 40 milyonluq bir millətin öz istiqlalına qovuşacaqını bildirdi və buna əmin olduğunu bəyan etdi.O əlavə etdiki bügün Quzey Azərbaycan dövləti Güneyli soydaşlarımızın taleinə biganə qalmamalıdır.Bunu bilməliyik ki,bütün Türk dünyasının birliyinə yanlız Güney Azərbaycanın istiqlalından sonra nail olmaq mümkündür.
Sonra söz Güney Azərbaycan Demokrat partiyası(GADP) Quzey Azərbaycan təmsilçisi Alpər Əlincəliyə verildi.Alpər bəy öz çıxışını son günlərdə Güney Azərbaycanda İran rejimi tərəfindən milli hərəkat fəallarının həbsinə həsr edərək bildirdi ki,İran rejimi Güney Azərbaycan Milli Hərkatından vahiməyə düşərək bu yaxın günlərdə 30 nəfərə yaxın tanımış milli hərkat öncüllərini özəliklə Yeni GAMOH-un mərkəzi komitəsinin üzvlərin və sədrini h\bs edərək ağır təziqlər altında saxlayır.O əlavə etdi ki,məlum olduğu kimi İran adlanan ölkədə bu il preziden seçkilər keçiriləcək və ilk dəfə olaraq Yeni GAMOH milli təşkilat olaraq seçkilərə açıq formada iştirak edəcəyini və prezdentliyə namizəd kimi Doktor Lətif Həsənini nəzərdə tutduqlarını bəyan edib.Məhz bu səbəbdəndə Ətif Həsəni,Yürüş Mehrəlibəyli,Behbud Qulizadə və bir çoxları rejim tərəfindən həbs olunublar və işkənclər altındadırlar.
Tədbirdə Uyğur Türklərinin təmsiçisi Tursunay Məmmədqızı çıxış edərək bildirdi ki,istər Güney Azərbaycan və ya Uyğurların,Qarabağın,Kərkükün, öz ata baba yurdlarından erməni və farslar tərəfindən zorla departasiya olunmuş Qərbi Azərbaycan Türklərinin problemi təkcə Quzey azərbaycanın və ya Türkiyənin deyil bütün Türk Dövlətlərinin gündəmində olmalıdır.Başaq tərəfdən isə bütün Türk anları öz övladlarına həqiqi türklüyü aşılamalıdır ki millət öz kimliyini yaxşı dərk edə bilsin bir milətin ayaqda durmasında anadilinin böyük əhəmiyyəti vardır.Məhz ona görədə bizim düşmənlərimiz istər ÇİN,İran və Ruslar bizim dilimizin inkişafına manelər yaradaraq biz Türkləri bir millət olaraq məhv etməyə çalışırlar.
Tədbirdə MDHP departamentlərinin rəhbərləri Arif Abbasov,Şakir Ağayev,Əlirza Amanbəyli, MDHP Sədrinin birinci müavini Bayram Abbasov ,MDHP Sədr müaviniTahir Seydov, MDHP Gəncklər Təşkilatının sədri Seymur Həsənli,Türk Hərəkati ictimaibirliyinin Sədri Həbib Ələkbərli,Türkəyədən MHP təmsilçisi Polat bəy, Güneyli ziyali Akşin Ağkəmərli,Seyfəli Zakir ilə yanaşı, , hüquqşünaslar, dilçi alimlər, ictimai-siyasi xadimlər və Bakıda yaşayan Güney Azərbaycanlı siyasi mühacirlər mövzu ətrafında çıxış etdilər.
Xatırladaq ki Yunesko 1999-ci ildən 21-Fevralı beynəlxalq ana dili günü elan edib.
Tədbirin sonunda beynəlxalq insan haqları təşkilatlarına İranda yaşayan qeyri-fars millətlərinin, özəlliklə Azərbaycan türklərinin öz ana dilində təhsil hüququnun bərpa olunması ilə əlaqədar müraciət qəbul olunacaqdır.

MDHP 21 Fevral Beynəlxalq Ana dili günü münasibətilə tədbir keçirdi
MDHP 21 Fevral Beynəlxalq Ana dili günü münasibətilə tədbir keçirdi
MDHP 21 Fevral Beynəlxalq Ana dili günü münasibətilə tədbir keçirdi
MDHP 21 Fevral Beynəlxalq Ana dili günü münasibətilə tədbir keçirdi
MDHP 21 Fevral Beynəlxalq Ana dili günü münasibətilə tədbir keçirdi
MDHP 21 Fevral Beynəlxalq Ana dili günü münasibətilə tədbir keçirdi
MDHP 21 Fevral Beynəlxalq Ana dili günü münasibətilə tədbir keçirdi
MDHP 21 Fevral Beynəlxalq Ana dili günü münasibətilə tədbir keçirdi


MDHP Mətbuat Xidməti
Bu xəbər oxucular tərəfindən 1909 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed