Şrift:
Traxtur takımı öz rəqibini məğlubiyyətə uğratdı
22.02.2013 [11:36] - Güney Azərbaycan xəbərləri, İdman
Təbrizin səhənd stadionunda başladılan futbol müsabiqəsi bu dəqiqələrdə “Traxtur” takımının xeyirinə yekunlaşdı.
İran üzrə futbol klublarının superliqa rəqabətlərinin 27-ci həftəsində keçirilən müsabiqədə Təbrizin “Traxtur” futbol takımı Şirazın “Fəcr-i Sepasi” takımı ilə qarşılaşdı.
“Traxtur” takımı (3 – 1) hesabı ilə qarşı takımı məğlubiyyətə uğratdı. “Traxtur” tərəfindən Flavyu Lupez və Mehdi Seyid Salehi qol vurdular.
Bu qələbədən sonra “Traxtur” 52 imtiyazlı oldu və müvəqqəti olaraq cədvəlin 1-ci yerinə yüksəldi.
Qeyd edək ki, müsabiqədə 20000 nəfərdən çox “Traxtur” tərəfdarı tamaşaçılar qismində iştirak edib. Həmçinin tamaşaçılar qismində bir neçə millət vəkili və Şərqi Azərbaycanın valisi də iştirak edib.
Bu xəbər oxucular tərəfindən 2488 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed