Şrift:
Seymur Həsənli: “Gənclik gördü ki, millilikdən danışan qüvvələr Əkrəm Əylisli məsələsində nisbətən loyal oldular”
22.02.2013 [13:32] - Gənclik
Artıq demək olar ki, hər gün mövcud hakimiyyətə qarşı radikal müxalif cəbhədə duranlarlarda qopmaların olduğu barəsində məlumatlar alırıq. Qopan şəxslər arasında isə köhnə partiyadaşlardan daha çox cavan nəslin olduğu müşahidə olunur. Hətta bu ayrıntılar azmış kimi, onların sonrakı fəaliyyətləri müxalifəti daha kəskin narahat edir. Düzdür, bu qopmaların tarixi çox – çox əvvəlki illərdən başlasa da, son 1 ildə daha da intensivləşib. Çünki, son vaxtlar cəmiyyətimizdə ardıcıl baş verən hadisələr radikal müxalifət lideləri ilə onların rəhbəri olduqları partiyların sıravi üzvləri arasında ciddi fikir ayrılıqları yaradıb.

Milli Dirçəliş Partiyasının sədr müavini Seymur Həsənli bildirir ki, radikal müxalifət liderləri son 20 ildə siyasətlərində manipulasiya edirlər: "Türkiyə milli qüvvələrilə görüşəndə özlərini Azərbaycanın milli qüvvələri kimi, Avropa və ABŞ – da olanda isə tamam başqa cür təqdim edirlər. Hətta Müsavat Partiyası Almaniyada liberal partiyaların toplantısında ermənilərlə bir yerdə protokala imza qoyub ki, Cənubi Qafqazda liberallşama ilə bağlı məsələlərdə iştirak edən tərəf kimi özünü təqdim etsin. Bundan başqa, xaricdən gələn sifariş nəticəsində Divanın qərarı ilə nizamnamələrindən türkçülük ideologiyasını çıxardıblar.

Azərbaycan gəncliyini müəyyən ana qədər aldadaraq hansısa sahəyə yönləndirmək mümkündür. Amma o gəncin siyasi savadı formalaşdıqca həqiqəti dərk edir və öz liderinin gerçək mahiyyətini görür. Radikal müxalifət liderləri həmişə millilikdən danışırdılar. Özlərini milli-demokratik qüvvə kimi təqdim edirdilər. Gəncliyə də bunu inandırmağa çalışmışdılar. Əkrəm Əylisli olaylarında bütün cəmiyyət bir oldu. Amma gənclik gördü ki, millilikdən danışan qüvvələr Əkrəm Əylisli məsələsində loyal oldular. Onların bir hissəsi Əkrəm Əylislini müdafiə etdi. Gənclik də bunu görürdü. Digər məsələlərdə də radikal müxalif liderlər vahid fikir ortaya qoymurlar”.

Seymur Həsənli bildirir ki, cəmiyyətdə müxalif düşüncə olmalıdır: "Amma bunun olması o demək deyil ki, müxalifət dövlətçiliyin əleyhinə çevrilməlidir. Gənclər də həqiqəti dərk edirlər. Görürlər ki, üzvü olduğu partiyalar milli məsələ ilə bağlı ortaya vahid mövqe qoya bilmirlər. Son hadisələrdə ortaya müxtəlif siyasi oyunlar atıldı. Ancaq gənclik bu oyuna getmədi. Çünki, artıq gənclik milliyətçilik, dövlətçilik məsələlərində həssasdır. Əslində, radikal müxalifətdə qopmalar bu gündən başlamayıb və bundan sonra da getdikcə daha dərinləşəcək”.

Mübariz Bayramov/Mövqe qəzeti
Bu xəbər oxucular tərəfindən 810 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed