Şrift:
Ağ Evdən İrana növbəti xəbərdarlıq
23.02.2013 [11:48] - Güney Azərbaycan xəbərləri, Siyasət
"Tehran Qazaxıstandakı müzakirələrdə beynəlxalq birliyin narahatlıqlarına cavab verməyəcəyi halda daha da yalnız qalacaq".
ABŞ İranla 5+1 ölkələri arasında gələn həftə Qazaxıstanda keçiriləcək nüvə müzakirələri ərəfəsində Tehrana xəbərdarlıq edib. Vaşinqton İranın bu müzakirələrdə konkret adımlar atmasını istəyib.
Ağ Evin mətbuat katibi Cey Karni dünən keçirdiyi mətbuat açıqlamasında bildirib ki, İran gələcək müzakirələrdə beynəlxalq birliyin narahatlıqlarına cavab verməyəcəyi halda daha da yalnız qalacaq. Karni qeyd edib ki, İranla diplomatik əlaqə pəncərəsi açıq olacaq, amma müddətsiz şəkildə açıq qalmayacaq
Bu xəbər oxucular tərəfindən 709 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed