Şrift:
Fərəc Quliyevin rəhbərlik etdiyi partiyada yeni təyinatlar oldu.
23.02.2013 [15:48] - Xəbərlər, MDH
Bu gün Milli Dirçəliş Hərəkatı Partiyasının rəhbər strukturuna maraqlı təyinatlar olub. Partiyanın mətbuat xidmətinin yaydığı məlumata görə, MDHP sədrinin müşavirlərindən biri Türkiyə vətəndaşıdır. Verilən məlumata görə, Mehmet Akçay MDHP sədri Fərəc bəyin Türk Dünyası ilə əlaqələr üzrə müşaviri təyin edilib. Digər təyinatlar isə belədir;
Məmmədov Rəşad Əbülfəz oğlu - Milli Dirçəliş Hərəkatı Partiyası Sədrinin Gənclərlə iş üzrə müşaviri,
Tarix elmləri üzrə fəlsəfə doktoru Talıblı Sübhan Ələkbər oğlu - Milli Dirçəliş Hərəkatı Partiyası Sədrinin Siyasi məsələlər üzrə müavini,
Həşimov Heydər Tahir oğlu - Milli Dirçəliş Hərəkatı Partiyasının Mətbuat Xidmətinin rəhbəri,
Həsənli Seymur Ağasəlim oğlu - Milli Dirçəliş Hərəkatı Partiyası Sədrinin ictimaiyyətlə əlaqələr üzrə müşaviri vəzifələrinə təyin edilib.
Qeyd edək ki, Seymur Həsənli bundan əvvəl MDHP-nin Gənclər Təşkilatının sədri və partiya Sədrinin müavini vəzifəsini tuturdu. O, başqa bir sərəncamla əvvəl yürütdüyü səlahiyyətlərini icra etməkdən azad olunub.

MDHP-nin Mətbuat Xidməti
Fərəc Quliyevin rəhbərlik etdiyi partiyada yeni təyinatlar oldu.
Bu xəbər oxucular tərəfindən 1194 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed