Şrift:
Gürcüstanda 10 azərbaycanlı "donuz qripi"nə yoluxub
25.02.2013 [10:31] - Gündəm, Sağlıq
H1N1 virusundan ölənlərdən 4-üi son bir həftədə keçinib

Məlumata görə, son iki ayda Gürcüstanda yaşayan həmvətənlərimizdən 10 nəfəri "donuz qripi" virusuna yoluxub. Ümumilikdə isə qonşu ölkədə bu xəstəlikdən əziyyət çəkənlərin sayı nın 200 nəfərə çatdığı iddia olunur. Son iki həftə ərzində isə "H1N1" virusuna yoluxanlardan 10 nəfər həlak olduğu bildirilir.
Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzinin rəhbəri Paata İmnadzenin mətbuata verdiyi açıqlamaya görə, hazırda 150 nəfərədək vətəndaş "H1N1" virusundan müalicə olunur. 40 nəfər isə həkim nəzarəti altında ambulator müalicə alır.
Mərkəz rəhbərinin bildirdiyinə görə, ölənlər arasında 4 yaşlı uşaq və 65 yaşlı vətəndaş var, qalanları isə 30 – 64 yaş arasındadır., H1N1 virusundan ölənlərdən 4-üi son bir həftədə keçinib.
Ümumilikdə Gürcüstanda bu günədək 182 A/H1N1 virusu və 10 B/H1N1 virusu ilə yoluxma halı qeydə alınıb.Sözügedən Milli Mərkəzinin rəhbəri Paata İmnadze bu virusun ölkədə geniş yayılma təhlükəsinin olmadığını vurğulayıb. Onun sözlərinə görə, risk qrupuna daha çox hamilə qadınlar, yaşlı insanlar, xroniki xəstələr və azyaşlı uşaqlar aiddir.
Günel CƏLİLOVA
Bu xəbər oxucular tərəfindən 964 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed