Şrift:
Kannda G20 sammiti başlayır
03.11.2011 [11:26] - Xəbərlər
Dünyanın 19 nəhəng ölkəsinin liderləri və Avropa İttifaqı rəhbərliyi bu gün Fransanın Kann şəhərində-məşhur festivallar sarayında “Böyük iyirmiliyin” altıncı sammitini keçirmək üçün toplaşacaqlar. Bu qurum qeyri-formal, lakin dünyada ən böyük nüfuza malik qrupdur. Onun tərkibinə daxil olan ölkələr qlobal iqtisadiyyatın 85 faizini və dünya əhalisinin 3-də 2-ni təmsil edirlər.
Tədbirin həmsədri Fransa prezidenti Nikolya Sarkozi olacaq. Samittə iştirak üçün bu gün Çin, İndoneziya, Meksika, Argentina, Cənubi Koreya, Rusiya, ABŞ, CAR, Braziliya, Türkiyə, Hindistan, Almaniya, Kanada, İtaliya, Böyük Britaniya, Avstraliya və Yaponiyanın liderləri Kanna gəlirlər. Səudiyyə Ərəbistanını isə ölkənin xarici işlər naziri təmsil edəcək. Müzakirələr üçün samitə BMT, BVF, Ümumdünya Bankı, ÜTT kimi beynəlxalq şirkətlərin və Efiopiya, İspaniya, Sinqapur, BƏƏ-nin rəhbərləri və hazırda problemli ölkə olan Yunanıstanın baş naziri dəvət edilib.
Sammitin müzakirə mövzusu maliyyə tənzimlənməsi, qlobal böhranın qarşısının alınması yolları, xammal bazarında şəffaflıq, korrupsiyaya qarşı mübarizə və sair qlobal mövzular olacaq.
Bu xəbər oxucular tərəfindən 951 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed