Şrift:
İtaliyalı şair və bəstəkar Xocalı soyqırımına aid ŞEİR yazıb
26.02.2013 [16:31] - Gündəm
İtaliyalı şair və bəstəkar Davide Qualtierinin Xocalı soyqırımına həsr etdiyi şeiri təqdim edirik. Şair Qulu Ağsəs italiyalı həmkarının şeirini Azərbaycan dilinə çevirib.


XOCALI


Şərqdən gələn qonağın
yükü hekayət olar –
amma mən eşitdiklərim…
inanmıram dünyada
belə cinayət ola…


Uzaq, günəşli ölkədə
25 fevral gecəci
qarlı kölgədə
qırdılar 613 günahcız adamı –
aman vermədilər biri də qaça
Xocalı şəhid oldu,
Xo-ca -…


Elə bil muncuq
üzüldü sapınnan
topasına biçdilər xocalıları –
topunan…


Xocalı!
qətlinə fərman verənlər -
cani!
bu zülmü görənlər -
cani!
görüb-götürənlər -
cani!
Amma göylər
götürməyəcək bu qədər qanı
and içirəm:
Tanrı canı…


Sətri tərcümə: Mais NURİYEV
Bu xəbər oxucular tərəfindən 3339 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed