Şrift:
Dərbəndlilər Putindən şikayətçidirlər
06.03.2013 [17:18] - Dərbənd
Dağıstan hökuməti ötən ilin payızıdan baş verən güclü daşqından sonra Dərbənd şəhərinin bərpası üçün federal büdcədən indiyə qədər maliyyə vəsaiti ayrılmamasından şikayətlənib.

Dərbənd hökuməti şəhərin bərpası üçün 1,9 milyard rublun lazım olduğunu bildirib. Bu pullar əhalinin evlərinin tikintisi və bərpasına, müdafiə bəndlərinin tikintisinə və şəhərin suvarma kanalının təmizlənməsinə xərclənəcək.

Şəhər administrasiyasının rəsmi saytında o da qeyd olunur ki, ötən ilin yayında Krasnodar əyalətində də güclü daşqın olmuş və Moskva qısa müddətdə oraya 3,8 milyard ayırmışdı.

Dərbəndə maddi yardım ayırılacağına hələ 2012-ci ilin dekabrın əvvəlində söz verilsə də yardım indiyə qədər göstərilməyib./“Qafqazinfo”
Bu xəbər oxucular tərəfindən 1192 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed